Paylaş:
Zəfərə Gedən Yol
Prezident, cənab Ali Baş Komandan İlham Əliyev 30 illik həsrətə son qoyaraq xalqımıza tarixi Zəfəri bəxş etdi. İşğal altında qalan torpaqlarımız rəşadətli Azərbaycan Ordusunun qətiyyəti, dönməzliyi, igidliyi sayəsində azadlığa qovuşdu.
Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfərə Lider - Xalq birliyi, dövlətimizin başçısının siyasi məharəti, sərkərdəlik bacarığı, ölkəmizin iqtisadi gücü və ən başlıcası isə xalqın öz Liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamı və məhəbbəti nəticəsində nail oldu.
Respublika Gənclər Kitabxanasında bu şanlı gün ilə əlaqədar olaraq “Zəfərə Gedən Yol" adlı sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar sərgilənməkdədir.