Yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər

11 mart, 2019
Paylaş:

Yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş silsilə tədbirlər planı hazırlamışdır.

Silsilə tədbirlər planının icrası ilə əlaqədar kitabxananın əməkdaşları 11 mart 2019-cu il tarixdə görkəmli ədibin Fəxri Xiyabandakı məzarını ziyarət edib gül dəstələri qoydular.

Kitabxanada təşkil olunan “Cəlil Məmmədquluzadə-150” adlı kitab sərgisinə baxış keçirildi.

12 mart 2019-cu il tarixdə “Cəlil Məmmədquluzadə irsi” adı altında söhbət-mühazirə təşkil olundu. “Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran yazıçı” adlı mühazirəni kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva oxudu. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin kitabxana fondu və kataloqlar üzrə laboratoriyanın müdiri Safura Hacıyeva, həmin fakültənin tələbəsi Jalə Aslanlı və ADMİU-nun Kulturalogiya fakültəsinin tələbəsi Cəlil Mustafa mövzu ətrafında çıxışlar etdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr etdiyi silsilə tədbirlər il ərzində davam edəcəkdir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()