05 iyun, 2025
Paylaş:

YAŞIL DÜNYA - SAĞLAM GƏLƏCƏK

Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.

Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” adlı biblioqrafiq icmal sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()