Paylaş:
YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK
Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Qarşıda dayanan əsas vəzifə isə, hər bir vətəndaşın, hər bir sahənin öz üzərinə düşəni layiqincə yerinə yetirərək “Yaşıl dünya həmrəyliyi”nə dəstək verməsidir.
Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Yaşıl dünya naminə həmrəylik ili” adlı biblioqrafiq icmal sərgilənməkdədir.