Paylaş:
Xurşidbanu Natəvan poeziyası
Kitabxanada Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar olaraq "Xurşidbanu Natəvan poeziyası" adlı ənənəvi sərgi hazırlanmışdır. Sərgidə zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınan Xan qızı Natəvanın həyat və yaradıcılığına həsr olunan kitablar, dövrü mətbuat nümunələri, müəllifi olduğu əsərlər yer almışdır.