“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir

25 fevral, 2026
Paylaş:

“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı Soyqırımının 34 illiyi ilə əlaqədar olaraq Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis  Yolçuyevin tələbə-gənclər ilə Xocalı həqiqətlərindən bəhs edən “Qırmızı ləçəklər” əsərinin müzakirəsi təşkil edilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirdi. On illiklərlə davam edən Xocalı soyqımının xatirəsini bu gün qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini  və bundan böyük qürur hissi keçirdiyini dilə gətirdi. “Heç bir beynəlxalq normalara sığmayan Xocalı faciəsi erməni qəsbkarlarının yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti amansız, qanlı  səhifəsi idi” olduğunu söyləyən Aslan Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi göstərildiyini bildirdi.

Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” və özündə böyük bir tarixi yolu əks etdirən, maraqlı faktlarla zəngin “Qızıl cib saatı” və “İrəvanda xal qalmadı” əsərlərinin yazılma tarixindən danışdı. Bir sıra maraqlı, unikal tarixi faktları açıqlayan yazıçı Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması istiqamətində ədəbiyyatın, mədəniyyətin, müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı.

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri müəllifə onları maraqlandıran sualları ünvanladılar, müzakirə üslubunda keçən görüşdə Varis Yolçuyev fəal tələbələrə - Aysun Abbasova və Minayə Əliyevaya imzalı kitablarını hədiyyə etdi.

Tədbirdə Respublika Gənclər Kitabxanasının hazırladı “Xocalı-uşaqlı, cavanlı, qocalı” adlı videomaterial nümayiş etdirildi, xatirə şəkli çəkdirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()