Xocalı faciəsinin 26-cı ildönümü günü münasibəti ilə “Xocalı harayı” mövzusunda dəyirmi masa

17 mart, 2018
Paylaş:

Xocalı faciəsinin 26-cı ildönümü günü münasibəti ilə “Xocalı harayı” mövzusunda dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 fevral 2018-ci il tarixdəXocalı faciəsinin 26-cı ildönümü günü münasibəti ilə “Xocalı harayı” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri ilə açdı. Xocalı faciəsinin tarixindən və acı nəticələrindən danışandan sonra çıxışını ümummilli lider Heydər Əliyevin “Dövlət iki şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə” sözləri ilə bitirdi. Tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu Xocalı faciəsininin tarixi, səbəbkarları, yüzlərlə qurbanları haqqında dəqiq faktlar əsasında çıxış etdi.

“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə qeyd etdi ki, tarixdə baş verən ən qanlı, ən dəhşətli hadisələrdən biri də Xocalı faciəsidir.

Kərkük yazıçısı, şair Sərvan Saç Uzun bildirdi ki, Azərbaycan sevgisi bizim qəlbimizdə çox böyükdür. Çünki, biz eyni kökdənik. Azərbaycanın faciəsi bizim faciəmizdir. Çıxışını müəllifi olduğu şerlə bitirdi.

Kərkük sənətçisi, yazıçı-şair Doktor Faruk Köprülü Azərbaycan xalqının dərdinə, ürək ağrısına şərik olduğunu bildirdi. Çıxışını Qarabağa həsr etdiyi “Qarabağ” şerini oxumaqla bitirdi.

Asəf Zeynallı adına Kollecin tələbəsi Dürdanə Ələkbərova sözləri Nazim Tapdıqoğlu, musiqisi Bəhram Nəsibova məxsus “Xocalı fəryadı” mahnısını ifa etdi.

Kərkük yazıçı-şairi Əyyub Hikmət çıxışında qeyd etdi ki, biz də Kərkükdə Qarabağ adlı dərdi yaşayırıq. Azərbaycanlıların Qarabağ dərdi həm də bizim ürək ağrımızdır. Əyyub Hikmət çıxışını Qarabağa, Xocalıya həsr etdiyi şerlərlə bitirdi.

Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova çıxış edərək bildirdi ki, biz hamımız Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyasına qoşulmuşuq. Hər kəs əlindən gələn missiyanı yerinə yetirməsinə baxmayaraq hələ də bu dəhşətli soyqırım haqqında siyasi rəy almamışıq. Biz dünyaya çağırışla çıxışlar etməliyik.

Tədbir boyu Xocalı soyqırımını əks etdirən slaydlar nümayiş olundu.

Tədbirdə həmçinin, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, Ağdam özünümüdafiə batalyonunun komandiri Əkbər Rüstəmov, “Sosial rifah və tədqiqatlar” ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, “Mərhəmət” Kimsəsizlərə yardım ictimai birliyinin üzvü Validə Məmmədova, şairə Raifə Sərxanqızı, “Yeni Tərəqqi” qəzetinin müxbiri Bəhruz Hüseynov, şair-publisist Ədil Kəlbəcərli, “Azərbaycan Tribunası” qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, “Araz Media” qəzetinin jurnalisti Qabil Səldiyev, şairlər Şükür Müseyiboğlu, Zakir Ağdamlı, Şahlar Baba, “Dünya ana və uşaq”ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov, “Ədalət və Hüriyyət”qəzetinin jurnalisti Elman Malıyev, “Respublika Qadınlar Cəmiyyəti”nin üzvü Təranə Qasımova, “İTS-İdeal Sülhün Təbliği” qəzetinin prezidenti Aygün Hüseyn,Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, “Qarabağ əlillər cəmiyyəti” nin üzvü Zülfiyyə Aslanova da iştirak edirdilər.

Tədbirin sonunda “Xocalı, -XX əsrin qan fəryadı” adlı kitab sərgisinə baxış keçirildi.

QEYD: Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 fevral 2018-ci il tarixdəXocalı faciəsinin 26-cı ildönümü günü münasibəti ilə “Xocalı harayı” mövzusunda keçirilən tədbir İraq-Kərkük yazarları tərəfindən İraq-Kərkük mediasında işıqlandırılıb.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()