07 aprel, 2023
Paylaş:

Xilaskarlıq missiyası (4-cü hissə)

Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar sı­rasında ordu quruculuğu vacib halqanı təşkil etdi. Təsadüfi deyil ki, 1994-cü ildə cəbhədəki ilk uğurlu əməliyyatın müəllifi, məhz, ulu öndər idi. Həmin dövrdə dahi lider cəbhə xəttindəki hər­bi hissələrə, təlim meydanlarına gedən əsgər və zabitlərlə daimi təmasda olur, müxtəlif görüşlər keçirir, onları müqəd­dəs amalgənc müstəqil Azərbayca­nın ərazi bütövlüyünün qorunması na­minə mübarizəyə ruhlandırırdı. Heydər Əliyev zabitlərə, kursantlara xitabən deyirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktə­bin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".

Ulu öndər Heydər Əliyevin dövlət­çilik xəttində varislik prinsipi başlıca yeri tutur. Bu prinsip, eyni zamanda, Azərbaycanın müstəqilliyinin əbədilik təminatıdır. Mövcud anlamda ümum­milli liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciəti müstəs­na əhəmiyyət daşımaqdadır. Böyük şəxsiyyət həmin müraciətində özünün siyasi varisi İlham Əliyevi nəzərdə tuta­raq bildirmişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əli­yev başa çatdıra biləcək". 

Çiçək Qarayeva

"Xalq qəzeti"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()