Vinsent van Qoq
Dünya mədəniyyət və incəsənət tarixinə öz möhürünü vurmuş, son iki ilinə dünyaları sığışdırmağı bacarmış hollandiyalı rəssam Vinsent van Qoq çətinliklərlə dolu həyat yaşamış dahilərdəndir. Həyatını intiharla bitməsi buna danılmaz sübutdur.
O da bir çox dahilər kimi psixi xəstəlikdən əziyyət çəkirmiş. Ən məşhur əsərlərindən biri olan “ Ulduzlu gecə ” rəsmini də elə psixi dispanserdə müalicə alarkən çəkibmiş. Deyilənlərə görə, psixi problemlər yaşayan Van Qoq xəstəliyinin pik həddə çatdığı dönəmlərdə hətta qablardakı boyalarıda yeyirmiş. Təklik duyğusundan əziyyət çəkmiş dahinin həyatının sonuna yaxın aşiq olduğu qıza öz qulağını kəsərək hədiyyə etdiyi söylənilir. Əslində, məşhurun müəmma dolu “ qulaqkəsmə ” hekayəsi haqqında bir çox versiyalar irəli sürülüb. Lakin həqiqi hesab edilən versiya hələ də naməlum olaraq qalır.
Digər versiyaya görə, öz portretini çəkmək üçün güzgü qarşısına keçən rəssam üz cizgilərini kağıza köçürərkən sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb belə bir dəhşətli üsula əl atıb: həmin qulağını dibindən kəsib. Psixoloqlar bu kimi yaradıcılıq situasiyalarının mümkünlüyünü təstiq edirlər. Onların fikrincə, yaradıcılıq prosesi zamanı hədsiz özünəqapanmalar belə bir aqressiv hərəkətlərə yol aça bilər.
Bütün ömrünü aclıq və səfalət içində keçirmiş dahi, daim qardaşının maddi dəstəyi ilə yaşayırmış. O, sağ ikən heç bir rəsminin satılmasına izin verməyib. Ölümündən sonra rəsmlərinin milyonlara satılacağından xəbərsiz olan dahi “ Mən kor adamlara rəsm satmaram, öləndə tapşıracağam ki, rəsmlərimi mənimlə birgə qəbirə qoysunlar, əsl rəssam layiqli bildiyini heç kimə vermir ” – deyə söyləyirmiş.
37 illik ömrünə bir çox maraqlı anlar sığdırmağı bacaran rəssam ölmü ilə də yaddaşlarda iz qoyub. Səhər tezdən rəsm çəkmək məqsədilə lazım olan avadanlıqları götürüb buğda tarlasına gələn dahinin orda intihar etdiyi söylənilir. Həmkarları arasında van Qoqun əslində, intihar etmədiyini, öldürüldüyünü deyənlər də var.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.