Paylaş:
"Üzeyir Hacıbəyli - 140" təqvimi
2025-ci il sentyabrın 18-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Üzeyir Hacıbəyli - 140” adlı təqvim hazırlanıb. Təqvimin hazırlanmasında əsas məqsəd Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında məlumatların oxucu kütləsi arasında təbliğidir.