Üzeyir Hacıbəyli - 140
Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2025-ci il
ÜZEYİR HACIBƏYLİ - 140
Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində #MusiqiDahisi rublikası

Üzeyir Hacıbəyli - O olmasın bu olsun

Üzeyir Hacıbəyli - Arşın mal alan

Üzeyir Hacıbəyov - Felyetonlar, hekayələr

Üzeyir Hacıbəyli - Üzeyir Hacıbəylinin yaradıcılıq yolu
Üzeyir Hacıbəyli - Azərbaycan xalq musiqisinin əsasları

Üzeyir Hacıbəyli - Koroğlu operası

Üzeyir Hacıbəyli - Leyli və Məcnun

Üzeyir Hacıbəyli - Əsli və Kərəm

Üzeyir Hacıbəyli təsviri sənətdə

Üzeyir Hacıbəyli - Ər və Arvad


Üzeyir Hacıbəyli - Məşədi İbad

Əminə Tuncay - Musiqi töhfələri

Üzeyir Hacıbəyli - Xatirələrdə

Üzeyir Hacıbəyli - Arşın mal alan

Üzeyir Hacıbəyli - O olmasın bu olsun. Operetta



Üzeyir Hacıbəyli - Ailəsindən məktublar

_1753269856.jpg)
Üzeyir Hacıbəyli - Fitnələr qarşısında


Üzeyir Hacıbəyli - Azərbaycan Respublikasının Dövlət Himni

Üzeyir Hacıbəyli - Çahargah və Şur

Üzeyir Hacıbəyli - Azərbaycan Xalq musiqisinin əsasları

Üzeyir Hacıbəyli - Azərbaycan Xalq musiqisinin əsasları

Bir saatda tarix - Üzeyir Hacıbəyli - Ailəsinə məktublar

Üzeyir Hacıbəyli - Məşədi İbad

Üzeyir Hacıbəyli - Üzeyir Hacıbəyli xatirələrdə

Üzeyir Hacıbəyli - Azərbaycan xalq musiqisinin əsasları
_1761289771.jpg)
Üzeyir Hacıbəyli - Unudulmaz incilər
_1761639278.jpg)
Üzeyir Hacıbəyli - Uşaqlara hədiyyə

Naile Ahmedova - Azerbaycanlı bestecilerden piyano eserleri

Üzeyir Hacıbəyli - Üzeyir Hacıbəyli xatirələrdə


