Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
Bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli dövlət xadimi, dahi sayasətçi, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə UNEC Tələbə Elmi Cəmiyyəti və “GUYS” İctimai Birliyi ilə birlikdə “Heydər Əliyev – Azərbaycan iqtisadiyyatı və mədəniyyəti” mövzusunda dəyirmi masa və “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edildi.
Tədbirdə “GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev, Əməkdar jurnalistlər Mətanət Ağamirli, BDU-nun müəllimi Fəxriyyə İsayeva, “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı, “Altus” MMC-nin təsisçisi Mais Həsənov, “GUYS” İctimai Birliyinin iqtisadi məktəbinin rəhbəri Məmməd Məmmədli çıxış etdilər.
Tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov öz uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu söylədi. Ulu öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətin onun fəaliyyətində aparıcı istiqamət olmasından danışdı.
Mübariz Quliyev öz çıxışında dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan gəncliyinə olan qayğısından, gənclərin mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərdiyi daimi dəstəkdən, Azərbaycanda “Gənclər Günü” nün və Gənclər Forumunun təsis edilməsindən danışdı.
Dəyirmi masada ulu öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya siyasi arenasına daxil olması, dövlətimizin dünya miqyasında tanınması, Azərbaycanın bugünki uğurlu, məsədyönlü siyasətinin təməlinin məhz o illərdən başlanması müzakirə olundu. Dövlət gənclər siyasətinin ulu öndərin rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olması, Azərbaycan siyasəti, iqtisadiyyatı və mədəniyyəti sahələrinin inkişafında ulu öndərin müstəsna rolundan danışıldı.
Respublika Gənclər kitabxanası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş Azərbaycan, ingilis və rus dillərində dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarxlar və virtual sərgi hazırlamışdır. Hazırlanan materiallar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir. Videoçarxlarda ümummilli liderin səs yazıları, foto və video görüntüləri, haqqında yazılan kitablar da yayımlanır.
Tədbirin sonunda Elmi Cəmiyyəti və “GUYS” Gənclər təşkilatı tərəfindən elan edilən esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallar aşağıdakı linklərdə yerləşdirilmişdir.
https://ryl.az/multimedia/heyder-eliyev-muasir-azerbaycan-dovletinin-ebediyasar-memari
https://ryl.az/multimedia/ulu-onder-heyder-eliyev-haqqinda-ingilis-dilinde-hazirlanmis-videocarx
https://ryl.az/multimedia/ulu-onder-heyder-eliyevin-99-cu-ildonumu-haqqinda-hazirlanmis-videocarx
https://ryl.az/multimedia/ulu-onder-heyder-eliyev-haqqinda-hazirlanmis-rus-dilinde-videocarx
