Uğurlarınız bol olsun, Oruc müəllim
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 25 dekabr 2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində şair İmadəddin Nəsiminin 650 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Şəms” Milli Mükafatının təqdim olunması mərasimi keçirildi. Tədbirdə millət vəkilləri, xarici ölkələrin səfirləri, QHT rəhbərləri, dövlət məmurları, idmançılar, korifey sənətkarlar, estrada ulduzları, aktyorlar, televiziya kanalları (yerli və xarici) və aparıcılarla yanaşı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev də iştirak edirdi.
Oruc Quliyev “İmadəddin Nəsiminin 650 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliy” münasibəti ilə Azərbaycan Milli irsinin gənclərə təbliği, gənclərin ictimai mütaliəsinin təşkilatçılığında və təbliği sahəsində faydalı və səmərəli iştirakına görə “Şəms” Milli Mükafatına layiq görüldü.
Uğurlarınız, mükafatlarınız daha da bol olsun, Oruc müəllum!
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi sizi “Şəms” Milli Mükafatı almağınız münasibəti ilə təbrik edir, daha da yüksək təltiflərə layiq görülmənizi, elmin ən uca zirvələrinə qalxmağınızı arzulayır.







