Paylaş:
TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ŞUŞA
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
Respublika Gənclər Kitabxanasında ”Türk dünyasının mədəniyyət paytaxtı” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları sərgilənməkdədir.