Təcrübə mübadiləsi

16 iyul, 2018
Paylaş:

Təcrübə mübadiləsi

Türkiyə Respublikasının Kastamonu şəhərinin “Kastamonu Üniversiteti Fen Edebiyat Fakültesi Bilgi və Belge Yönümü Staj Komisyonu”nun 15 may 2018-ci il tarixli məktubuna əsasən həmin universitetin üçüncü kurs tələbələrindən bir qrupu 16 iyul- 13 avqust tarixləri ərzində təcrübə mübadiləsi keçmək məqsədi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına gəlmişlər.
Təcrübəçi tələbələr ilk gündən kollektiv tərəfindən səmimi qarşılanmış, kitabxananın direktoru Oruc Quliyev kitabxananın tarixi, fəaliyyəti haqqında onlara geniş məlumat vermiş, təcrübə müddətində lazımi köməkliklərini, məsləhətlərini əsirgəməyəcəyini bildirmişdir.

Təcrübəçilər Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bütün şöbələri ilə, həmçinin, şöbələrin iş fəaliyyətləri ilə ətraflı şəkildə tanış olmuşlar. Onlar təcrübə keçəcəkləri hər gün ərzində kitabxana əməkdaşlarının xüsusi diqqətində olacaq, bütün sorğuları cavablandırılacaqdır.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()