“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı Varis Yolçuyev ilə evdən canlı görüş.

18 aprel, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı Varis Yolçuyev ilə evdən canlı görüş.

18 aprel 2020-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz İnstagram səhifəsində “Sevilənlər, sevənlər” rubrikası altında tanınmış yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Əməkdar jurnalist Varis Yolçuyev ilə evdən canlı görüş keçirdi.

Varis Yolçuyev canlı bağlantı zamanı öz yaradıcılığı, ədəbi fəaliyyəti haqqında məlumat verdi, yazıçılıq sənəti ilə yanaşı jurnalist peşəsinin incəliklərindən də söhbət açdı. Müasir ədəbiyyat, müasir jurnalistika, onların qarşısında duran və günün tələblərinə cavab verən oxucu tələbatı haqqında ətraflı danışdı. Yazıçı canlı yayın istifadəçiləri arasında iki ən maraqlı sual müəlliflərini seçərək, “Qırmızı ləçəklər” adlı son kitabını onlara hədiyyə etdi.

Canlı yayında yazıçı Varis Yolçuyev ilə müsahibəni kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova apardı.

Karantin rejimi bitdikdən sonra qaliblər kitabxanaya yaxınlaşaraq hədiyyə kitablarını eldə edə biləcəklər.

Kitabxananın Facebook və İnstaqram səhifələrində yazıçı Varis Yolçuyevin həyat və fəaliyyəti haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirildi.

Varis Yolçuyev ilə keçirilən canlı görüşə 290 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()