“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı-publisist Şərif Ağayar ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyii canlı yayınlar davam edir.
28 iyul 2020-ci il tarixdə kitabxananın təşkil etdiyi canlı yayının qonağı yazıçı-publisist Şərif Ağayar oldu.
1737 nəfər izləyicinin qatıldığı canlı yayında qanaq əvvəlcə uşaqlıq illərindən kitabxanalarla tanışlığı, mütaliəyə hədsiz bağlılığı, gənclik illərində oxuduğu ədəbiyyatlar, Cəmşid Əmirov, Əlibala Hacızadə kimi yazıçıların əsərlərini əldə etmək üçün yaranan oxucu növbələrindən söhbət açdı. Mütaliə, kitab təbliğatı mövzusunda dəyərli fikirlər söylədi. İştirakçısı olduğu İran, Fransa, Türkiyədə təşkil olunan kitab sərgiləri və yarmarkalarından, orada olan kitaba münasibətdən, kitab nəşrindən, Azərbaycandakı kitab sənayesindən danışdı.
Qonaq müsahibəsində Azərbaycan milli addət-ənənələri, ictimai oxucu fikri, bu günün ədəbiyyat tələbatı mövzularına da toxundu.
Şərif Ağayar yaradıcılığının ilk dövrləri, mətbuat orqanlarında baş redaktor vəzifəsinə çatması, jurnalistika sahəsində fəaliyyəti, jurnalistikanın həmişə paralel olaraq yaradıcılığı ilə birgə addımlaması haqqında da izləyicilərə məlumat verdi.
Canlı yayın zamanı qonaq Azərbaycanın incəsənət korifeyləri Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri ilə olan xatirələrini izləyicilərlə bölüşdü.
Şərif Ağayar canlı yayında aparıcı Günay Həsənova və izləyicilərin ona ünvanlanan suallarını cavablandırdı.
Sonra tədbirin təşkili üçün kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirdi.