“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı, filosof-şərqşünas, psixoloq, teoloq Rövşən Abdullaoğlu ilə evdən canlı görüş.
28 aprel 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Sevilənlər, sevənlər” rubrikası altında yazıçı, filosof-şərqşünas, psixoloq, teoloq Rövşən Abdullaoğlu ilə evdən canlı görüş təşkil etdi.
Rövşən Abdullaoğlu karantin rejimində bir neçə dəfə istifadəçilərlə onlayn görüşlərin iştirakçısı olması, mütaliəyə geniş yer verməsi, tamamlanmamış əsərləri üzərində işləməsi haqqında məlumat verəndən sonra “Bu şəhərdə kimsə yoxdur”, adı ilə böyük maraq doğuran “Abaddan” əsərlərindən söhbət açıb yaradıcılıq fəaliyyətinin incə məqamlarına toxundu. Rövşən Abdullaoğlu canlı yayın zamanı müasir gəncliyin mütaliəyə cəlb olunması, fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinə də yer ayırdı.
Rövşən Abdullaoğlu canlı yayının aparıcısı Günay Həsənovanın və istifadəçilərin suallarını cavablandırdı.
Kitabxananın Facebook və İnstaqram səhifələrində yazıçı, filosof-şərqşünas, psixoloq, teoloq Rövşən Abdullaoğlunun həyat və fəaliyyəti haqqında video çarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirildi.
Rövşən Abdullaoğlu ilə keçirilən canlı görüşə 874 nəfər istifadəçi qatıldı.