“Sevilənlər, sevənlər” rubrikası altında Yazıçı Elxan Elatlı ilə evdən canlı görüş.

15 aprel, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında Yazıçı Elxan Elatlı ilə evdən canlı görüş.

COVİD-19 virusunun yayılmasının geniş vüsət alması, sonradan karantin rejimi elan edilməsi ilə əlaqədar respublikanın bir çox mədəniyyət müəssisələri kimi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da öz fəaliyyətində Facebook və İnstaqram səhifələri vasitəsi ilə onlayn xidmət göstərməyi gücləndirməyi üstün tutmuşdur.

Kitabxana karantin müddətində istifadəçiləri üçün ədəbiyyatçılar, elm, incəsənət və siyasi xadimlər, müxtəlif sənət sahibləri ilə müntəzəm olaraq onlayn görüşlər təşkil edəcəkdir.

Bu məqsədlə, 15 aprel 2020-ci il tarixdə kitabxana “Sevilənlər, sevənlər” rubrikası altında öz İnstagram səhifəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə evdən canlı görüş keçirdi.

Yazıçı Elxan Elatlı canlı bağlantı zamanı yaradıcılığı, bu günki fəaliyyəti haqqında məlumat verdi, istifadəçilərin suallarını cavablandırdı. Müzakirə formatında keçən canlı görüş zamanı yazıçı öz peşəsinin incəliklərindən söhbət açdı, müasir Azərbaycan oxucusunun mütaliə maraqları haqqında dəyərli fikirlər söylədi.

Canlı yayında yazıçı Elxan Elatlı ilə müsahibəni kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova apardı.

Kitabxananın Facebook və İnstaqram səhifələrində yazıçı Elxan Elatlının həyat və fəaliyyəti haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirildi.

Yazıçı Elxan Elatlı ilə keçirilən canlı görüşə 606 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()