“Sevilənlər, sevənlər” rubrikası altında Vətən müharibəsi qazisi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli ilə evdən canlı görüş.

08 dekabr, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında Vətən müharibəsi qazisi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli ilə evdən canlı görüş.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları ilə tanış etmək məqədilə qasilər, igid döyüşçülərlə silsilə canlı yayınların təşkilinə qərar verib. “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan əsgəri”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları altında 08 dekabr 2020-ci il tarixdə təşkil olunan ilk canlı yayının qonaqları Vətən müharibəsi qazisi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli oldular.

Vətən müharibəsi qazisi Mais Zeynalov könüllü olaraq müharibəyə yollanması, döyüşdüyü ərazilər, müharibə təəssüratları, şəhid olan əsgərləri neytral zonadan necə çıxarmaları haqqında məlumat verdi, torpaqlarn hər bir qarışının böyük şücaət, əzm və qəhrəmanlıq hesabına alınmasında vətən sevgisinin rolunu qürurla vurğuladı. Yaralanması səbəbindən xəstəxanada olduğu üçün Şuşanın alınmasında iştirak edə bilməməsinə təəssüfləndi.

Azərbaycan Ordusunun zabiti, hal-hazırda Murovdağda olan Əli İbrahimli “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qələbə çalacağına döyüşlərin ilk günündən inanırdım” dedi. Əli İbrahimli həmçinin, canlı yayın izləyicilərinə əsgərlərimizin qəhrəmanlığından, döyüş zamanı nümayiş etdirdikləri yüksək əhval-ruhiyyədən, bütün ərazilərimizin yalnız yüksək şücaət hesabına alınmasından danışdı.

Canlı yayının aparıcısı Günay Həsənova Vətən müharibəsində qazandıığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğuladı. Onun “Qələbəyə ilk gündən inanırdınızmı?” sualına Əli İbrahimli fəxrlə “Əlbəttə” cavabını verdi.

Canlı yayın “Qarabağ Azərbaycandır!” şüarı ilə sona çatdı.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()