“Sevilənlər, sevənlər” rubrikası altında Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov ilə evdən canlı görüş.

13 iyul, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov ilə evdən canlı görüş.

Pandemiya ilə əlaqədar ökəmizdə karantin rejimi davam etməkdədir. Bu səbəbdən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası kütləvi tədbirləri onlayn şəklidə davam etdirir.

13 iyul 2020-ci il tarixdə kitabxananın “Sevilənlər, sevənlər” rubrikası altında canlı yayınının qonağı Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov oldu.

Canlı yayının qonağl ilk növbədə Tovuz rayonu ərazisində respublikanın müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarının toxunulmazlığı naminə aparılan döyüşlərdə şəhid olanların xatirəsini yad etdi, onların ailələrinə səbr dilədi.

Elnur Rüstəmov canlı yayında pandemiya dövründə insanların rastlaşdıqları problemləri qruplara bölərək aradan qaldırılması yollarını izah etdi. Müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, insanların kiçik xoşbəxtlikdən zövq almağı bacarmalarından, depressiyanın üç növündən, qorxunun bir forması olan sosial fobiyadan, insanda kompleksdən və sair məsələlərdən danışdı.

Psixoloq oxuculara Vəşmgirin “Qabusnamə”, Bəydəbanın “Kəlilə və Dimnə”, fərdi inkişaf üçün Viktor Franklin “Həyata hə deyək” və sair bu kimi kitabları oxumağı tövsiyə etdi.

Elnur Rüstəmov həmçinin, izləyicilərə rəhbərlik etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, burada tam təmənnasız olaraq əhaliyə təqdim edilən “Qaynar xətt” xidməti haqqında ətraflı məlumat verdi.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov ilə canlı yayına 1551 nəfər izlıyici qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()