“Sevilənlər, sevənlər” rubrikası altında nasir, tərcüməçi Şahbaz Xuduoğlu ilə evdən canlı görüş

07 may, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında nasir, tərcüməçi Şahbaz Xuduoğlu ilə evdən canlı görüş

7 may 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Sevilənlər, sevənlər” rubrikası altında naşir, tərcüməçi, "Qanun" nəşriyyatının direktoru, Elmar Hüseynov Fondunun həmtəsisçisi, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu ilə canlı yayın təşkil etdi.

Müsahibə xarakterli canlı yayında kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova izləyicilərin suallarını qonağa təqdim etdi, rəyləri oxudu.

Şahbaz Xuduoğlu ilk növbədə karantin müddətində kitab sifarişi və çatdırılması sahəsində müşahidə edilən müsbət dinamikadan danışdı, bu dövrdə kitab oxuyanların sayının artdığını bildirdi. Bundan əlavə, ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında da dəyərli fikirlər söylədi. Müsahib tez-tez beynəlxalq kitab sərgilərinin qonağı olmasından və bu ölkələrdə kitab təbliğatı ilə əlaqədar aparılan işlərdən istifadəçilərə məlumat verdi. Müasir günümüzdə xarici ədəbiyyatın tərcümə edilməsi və bu sahədə “Qanun” nəşriyyatının fəaliyyəti də müzakirə mövzusu oldu. Canlı yayında müasir gənclik, mütaliə maraqları, yeni çap olunan kitablar və sair bu kimi mövzular ətrafında maraqlı söhbət aparıldı.

Kitabxananın Facebook və İnstaqram səhifələrində nasir, tərcüməçi Şahbaz Xuduoğlunun həyat və fəaliyyəti haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirildi.

Nasir, tərcüməçi Şahbaz Xuduoğlu ilə keçirilən canlı görüşə 248 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()