|
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası pandemiya şəraitində müxtəlif sənət, peşə adamları, görkəmli şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət xadimləri ilə onlayn görüşlərini davam etdirir.
Kitabxananın 06 iyul 2020-ci il tarixli “Sevilənlər, sevənlər” rubrikası altında canlı yayının növbəti qonağı AMEA-nın dissertantı, "Xanqızı Natavan" mükafatı laureatı, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” ictimai birliyinin sədri, mədəniyyət işçisi, jurnalist, ictimaiyyətçi İradə Əlili oldu.
Kitabxananın əməkdaşı Günay Həsənovanın aparıcılığı ilə canlı yayında İradə Əlili ilk növbədə pandemiya şəraiti ilə əlaqədar sərtləşdirilmiş karantin rejimində xalqımızı birliyə, qoyulan qaydalara riayət etməyə, məsuliyyət hissini daha da artırmağa, qoruyucu vasitələrdən mütləq şəkildə istifadəyə səslədi.
İradə xanım kitabxana-biblioqrafiya sahəsində tələbələrə tədrisindən, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” ictimai birliyinin fəaliyyətindən izləyicilərinə danışdı, elin zəka mənbəyi olan kitabxanaların hər bir xalqın inkişafı üçün yüksək əhəmiyyət daşıdığını bildirdi. Ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsinə artırılması mühüm olan nüanslar, Türkiyə Respublikasında kitab və kitabxana sistemi haqqında dəyərli fikirlərini bildirdi.
Canlı yayında İradə Əlili həmçinin, izləyicilərin suallarını cavablandırdı, son günlərdə qələmə aldığı “Yorulmuşam” şerini söylədi, müəllifi olduğu “Xocalı şəhidləri danışır” kitabı haqqında məlumat verdi.
Jurnalist, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” ictimai birliyinin sədri İradə Əlili ilə canlı yayına 1293 nəfər izlıyici qatıldı.
|