“Sevilənlər, sevənlər” rubrikası altında hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə evdən canlı görüş.

23 iyul, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə evdən canlı görüş.

\Respublikamızda gedən pandemiya ilə əlaqədar karantin şəraitində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Sevilənlər, sevənlər” rubrikası altında 23 iyul 2020-ci il tarixdə Bakı Dövlət Universitetinin insan hüquqqları və informasiya hüququ UNESKO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə evdən onlayn canlı görüş keçirildi.

Canlı yayında Əlövsət Allahverdiyev ilk növbədə Ağdam rayonunun işğal gününü kədər hissi ilə qeyd edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əydiyini söylədi. Ermənistanın təcavüzkar mövqeyi, bu mövqeyə olan beynəlxalq hüquqi baxış, son günlərdə Fransa, Brüssel, Nyu-Yorkda həmvətənlərimizə qarşı aparılan təxribat xarakterli münaqişələr, atəşkəs rejimində dinc əhaliyə vuralan ziyan haqqında ətraflı məlumt verdi.

Qonaq həmçinin, xarici diaspor təşkilatlarının, səfirliklərin üzərinə böyük məsuliyyətin düşdüyünü və onların xaricdə yaşayan həmvətənlərimizi müdafiə etməli olduqlarını qeyd etdi. Həmçinin bildirdi ki, biz hərbi əməliyyatları son anda istəyirik. Hər şey planlı şəkildə aparılmalı, torpaqlarımız mütləq işğaldan azad edilməlidir.

Əlövsət Allahverdiyev canlı yayında son günlərdə ABŞ Konqresinin erməni təcavüzünü tanıması faktını “Böyük uğurun kiçin qələbəsi” adlandırıb gələcəkdə bu məsələyə beynəlxalq mövqeyin dəyişə biləcəyi ehtimalını da bildirdi. Ali Baş Komandanımız İlham Əliyevin siyasəti və xalqın birliyi sayəsində tezliklə Qarabağda Azərbaycan bayrağının dalğalanacağına əminliyini vurğuladı.

Qonaq canlı yayının aparıcısı Günay Həsənovanın və izləriyicilərin suallarını cavablandırdı.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə canlı yayına 1587 nəfər izlıyici qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()