“Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycanın əməkdar artisti, opera müğənnisi, xanəndə Gülüstan Əliyeva ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında görkəmli şəxsiyyətlərlə canlı yayınları davam edir.
Kitabxanasnın 06 avqust 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikasının növbəti qonağı Azərbaycanın əməkdar artisti, opera müğənnisi, xanəndə Gülüstan Əliyeva oldu.
Gülüstan xanımla canlı yayına Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İrandan da ümumilikdə iki mindən artıq izləyici qatıldı.
Gülüstan Əliyeva ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi dönəmində keçən gəncliyindən, bir şəhid ailəsi olmağın mənəvi çətinliklərindən, eyni zamanda, şərəfli olmasından danışdı. Xanəndə ürək ağrısı ilə Qarabağla bağlı xatirələrini, orada qalan keçmişini, həyatında üzləşdiyi çətinlikləri izləyicilərlə bölüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkün, şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayaraq bu münasibətin canını vətən uğrunda fəda edən qəhrəmanlarımızın ailələri üçün cox önəmli olmasını qeyd etdi.
Gülüstan xanım həmçinin, izləyicilərə canlı yayın zamanı uzun illər ərzində səhnəmizdə “Leyli və Məcnun” operasında Leyli, “Şah İsmayıl” operasında Ərəbzəngi, “Natəvan” operasında xanındə qız və sair rolları haqqında da məlumat verdi. İlk dəfə Leyli rolunda səhnəyə çıxdığı günü xatırladı.
Gülüstan Əliyeva onun ustadları olmuş İslam Rzayev, Arif Babayevdən, muğam sənətinin incəliklərindən, bu səhədə uğur qazanmağın sirlərindən danışdı, aparıcının və izləyicilərin suallarını cavablandırdı.
Canlı yayının sonunda görkəmli xanəndə kitabxananın rəhbərliyinə və kollektivinə görüşün təşkilinə görə öz təşəkkürünü bildirdi.