Paylaş:
SƏTTAR BƏHLULZADƏ - 115
Respublika Gənclər Kitabxanasında Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyi ilə əlaqədar olaraq “Səttar Bəhlulzadə - 115" adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə Səttar Bəhlulzadənin həyat və yaradıcılığını əks etdirən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Təbiətin Səttar Möcüzəsi" adlı məlumat bülleteni sərgilənməkdədir.