25 sentyabr, 2024 ANIM GÜNÜ
Paylaş:

ŞƏHİDLƏRİMİZİN ANIM GÜNÜ

27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

   Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “27 Sentyabr - Anım Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibədən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Dövlətçilik tariximizin ən parlaq səhifəsi”  adlı məlumat bülleteni  sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()