Paylaş:
SAĞLAM AİLƏ, XOŞBƏXT GƏLƏCƏK
Xoşbəxt ailə sağlam cəmiyyətin təməlidir. Sağlam təməllər üzərində qurulan ailələrdə sağlam uşaqlar cəmiyyətimizin xoşbəxtlik və uğur qaynağı olacaqlar. Hər bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq, onun inkişaf etməsində və ya əksinə, inkişafını ləngitməsində müəyyən rol oynayır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir.Bu mövzu ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sağlam Ailə, Xoşbəxt Gələcək” adlı sərgi təşkil edilmişdir. Sərgidə sağlam və xoşbəxt ailədən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Sağlam Həyat, Xoşbəxt Ailə” adlı biblioqrafik icmal sərgilənməkdədir.