07 may, 2025
Paylaş:

Respublika Gənclər Kitabxanasında “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 9-21 aprel tarixlərində təşkil etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır. Bu müddət ərzində davam edən müsabiqənin əsas məqsədi oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. Müsabiqəyə  8 nəşriyyat və bir müəllifdən 362 adda kitab daxil olmuşdur. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir.

Müsabiqənin təşkilində  şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqə kitabxana  tərəfindən  yaradılan  Nəşriyyat  Məhsullarının  Satınalınması 

üzrə  Komissiya həyata keçirmişdir. Belə ki,   əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilmişdir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()