“Qəhrəmanlığı qanımızla yazdıq” adlı dəyirmi masa.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycanın milli qüruru,- milli qəhrəmanlar” adlı silsilə tədbirlər planı hazırlanmışdır. 24 yanvar 2020-ci il tarixdə tədbirlərin icrası ilə əlaqədar “Qəhrəmanlığı qanımızla yazdıq” adlı dəyirmi masa keçirildi.
Tədbir Azərbaycanın suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1988-ci ildən Ermənistanın haqsız olaraq Azərbaycanın tarixi torpaqlarını ərazi iddiaları ilə zəbt etməsi, bu müharibənin nəticəsi kimi minlərlə insan qanı axıdılması haqqında çıxış etdi.
Jurnalist Ruhəngiz Abbasova Laçın rayonunun şəhidləri, milli qəhrəmanları haqqında geniş məlumat verdi.
Kitabxananın əməkdaşı Rəvanə Məlikova Bəxtiyar Vahabzadənin “Şəhidlər” şerini söylədi.
Şöbə müdiri Tamella Məmmədova 2016-cı ildən seriya şəklində vətənpərvərlik ədəbiyyatının gənclər arasında təbliği məqsədilə buraxılan, milli qəhrəmanlara həsr olunan vəsaitlər barədə məruzə etdi. Həmçinin, dörd milli qəhrəman,-Mehdi Abbasov, Naiq Yusifov, Şamoy Çobanov, Fəxrəddin Şahbazovun döyüş yolları haqqında məlumat verdi.
Şöbə müdiri Yeganə Qarayeva gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə nümunə olan 215 nəfər Azərbaycanın Milli Qəhrəmanlarının şərəfli döyüş yolları, göstərdikləri igidliklər haqqında ətraflı məlumat məqsədi ilə Elektron Məlumat Bazası yaradılacağını bildirdi.
Azərbaycanın milli qəhrəmanları Mehdi Abbasov, Naiq Yusifov, Şamoy Çobanov, Fəxrəddin Şahbazova həsr olunmuş video-slaydın nümayişindən sonra “Milli qəhrəmanlar” adlı kitab sərgisinə baxış keçirildi.