“Oxu, öyrən, qazan” adlı layihə

28 iyul, 2025
Paylaş:

“Oxu, öyrən, qazan” adlı layihə

Kitab və mütaliənin təbliği – hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsi ilə birlikdə  Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Parkda “Oxu, öyrən, qazan” adlı layihə həyata keçirilib. Layihənin əsas məqsədi mütaliənin təbliği, uşaqlarda mütaliə-bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, gənc nəsildə intellekt səviyyəsinin yüksəldilməsi olmuşdur. Layihə çərçivəsində kitabxananın əməkdaşları tərəfindən paytaxt sakinlərinə mütaliə mədəniyyətinə, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair məlumat verilmiş, kitabxanaya yazılmaq arzusunda olan kitabsevərlərə səyyar xidmət göstərilmişdir. “Oxu, öyrən, qazan” layihəsi çərçivəsində oxuculara kitabxananın fonduna yeni daxil olan nəşrlər sərgilənmiş və onlar haqqında məlumat verilmişdir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()