28 iyun, 2022
Paylaş:

Nikolay Vasilyeviç Qoqol

Rus ədəbiyyatının ən müəmmalı yazıçılarından olan Nikolay Vasilyeviç Qoqol da özünəməxsusluqları ilə seçilir. Deyilənlərə görə, məşhur çox qurman adam imiş. Onun yemək tərzi ətrafındakıları dəhşətə gətirirdi – tikələri acıgözlüklə bir – birinin ardınca tələsik udaraq elə yeyirmiş ki, saçları az qala nimçənin içinə toxunurmuş. Ciblərində həmişə cürbəcür şirniyyat növləri gəzdirən yazıçı ağzı boş qalanda aqressivləşirmiş. Yeməyə qarşı laqeyid olmadığı aşpazlıq məharətindən də bəlliydi. Xüsusilə, makaronu ustalıqla hazırlayan Qoqol spagettini məharətlə bişirirdi. Amma taleyin oynuna baxın ki, yazıçı pasxa orucu vaxtı özünü həddindən artıq  aclıqla sınağa çəkdiyi üçün dünyasını dəyişib.

            Deyilənə görə, ” Ölü canlarn ” ın müəllifi ildırımdan dəhşətli dərəcədə qorxurmuş. İnsanlardan qaçar, hətta paltarını da özü tikərmiş. Qoqolun digər fobiyası isə diri – diri basdırılmaqdan  qorxması imiş. Hətta vəsiyyət edibmiş ki, öləndə onu bədəni çürüməyə başladıqdan sonra dəfn etsinlər. Qadınlarla da ünsiyyətdə çətinlik çəkən yazıçı 42 illik ömrünün sonuna 1 il qalmış öz xalası qızına aşiq olur. Yalnız platonik sevgi macəraları yaşayan Qoqola sevgisini ilk dəfə etiraf edən də qarşı tərəf olub. Əyni – başı nimdaş, cibində isə qəpik quruş olan yazıçının öləndən sonra evindən bir çamada köhnə palıtarları və dostunun ona bağışladığı saat tapılır. Elə əsl müəmma da onun ölümündən sonra başlayır:  “ Heç kim mənim sirrimi sona qədər bilməyəcək ”,-  deyən yazıçının ölümündən sonrakı müəmma bu gün də araşdırılır. Ölümündən 79 il sonra qəbiristanlığın köçürülməsi  ilə əlaqədar Qoqolun da qəbri daşınmalı olur. Qəbir açılanda yazıçının meyiti üzü üstə çevrilmiş halda olub. Bu da,yazıçının diri – diri basdırılması fikirlərinə təkan verir. Üstəlik meytin kəlləsi qəbirdə olmayıb. Belə bir şayiə də gəzir ki, yazıçının  kəlləsini tacir Aleksey Baxruşin öz kolleksiyası üçün oğurlatdırıb. Deyilənə görə, onun kolleksiyasında dövrün böyük aktyoru Şepkinin də kəlləsi olub.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()