Narkotik vasitələrlə mübarizə aparan gənclik
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 04 mart 2022-ci il tarixdə “Narkotik vasitələrlə mübarizə aparan gənclik” adlı tədbir keçirildi.
Disput şəklində təşkil olunan tədbirdə elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycanın “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulmasına baxmayaraq narkotizmlə və narkobizneslə mübarizənin əsasının ölkə tarixində ilk dəfə olaraq 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükə daşıması haqqında məlumat verdi.
Şöbə müdirləri Qənirə Mustafayeva, Günay Həsənova, baş kitabxanaçı Nərminə Xəlilli narkomaniyanın təkcə insanların sağlamlığına və yaşam tərzinə deyil, eləcə də dünya iqtisadiyyatına ciddi zərbə vurması, narkomaniyaya qarşı mübarizə üsulları, maarifləndirmə tədbirləri haqqında çıxış etdilər.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələrindən Göysu Abbasova, Kamal Paşayev, Arifə Sayadova, Aytac Ömərli, Seymur Həzrətquliyev ölkəmizdə narkomaniya və narkobiznesin qarşısının alınma yolları, gəncləri zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb edən əsas səbəblər, psixotrop maddələrin fəsadları mövzularında öz fikirlərini paylaşdılar.
Tədbirlə əlaqədar “Narkomaniya gələcəyimiz üçün böyük təklükədir” adlı biblioqrafik göstərici, “Sağlam gənclik, sağlam nəsil naminə” adlı metodik biblioqrafik vəsait, “Əsrin bəlası” adlı kitab sərgisi hazırlanmışdı.
Tədbir boyu “Narkomaniya” adlı videoçadx nümayiş olundu.




