25 iyun, 2024
Paylaş:

NARKOMANİYA

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmışdır. İnsanların sağlamlığının qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.

Respublika Gənclər Kitabxanasında ”Narkomaniya–dövrün bəlası” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Narkomaniyaya YOX deyək!” adlı metodiki vəsait sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()