Müstəqilliyimiz əbədidir” adı altında musiqili ədəbi-bədii gecə

17 oktyabr, 2019
Paylaş:

Müstəqilliyimiz əbədidir” adı altında musiqili ədəbi-bədii gecə

İ. Əbilov adına Mədəniyyət Mərkəzinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə 17 oktyabr 2019-cu il tarixdə “Müstəqilliyimiz əbədidir” adı altında musiqili ədəbi-bədii gecə keçirildi.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aidə Muradova açaraq bildirdi ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Metodika və biblioqrafiya “şöbəsinin müdiri Tamella Məmmədova “Müstəqillik xalqımızın ən böyük sərvətidir”adlı geniş məruzə ilə çıxış etdi.

Musiqili ədəbi-bədii gecə «Oğuzlar” folklor xalq çalğı alətləri ansamblının iştirakı ilə davam etdi.

Tədbirdə Günay Oruc, Qadir Fətiyev, İslam Əlizadə, Taleh Əzizov vətənpərvərlik ruhunda mahnılar səsləndirdilər.

Tədbir Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş slayda və “Müstəqil Azərbaycanım” adlı sərgiyə baxışla sona çatdı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()