10 may, 2023
Paylaş:

Millət gərək bunu bilə

Bu, bir qəsd idi və çox ağır qəsd idi. O vaxt o qəsd baş tutsaydı, tariximizdə qara bir ləkə kimi qalacaqdı. Dövlətçiliyimizin (müstəqilliklə sovetin tərkibində olmanın arasında yerdən göyəcən fərq varsa da, hər halda dövlətçilik dövlətçilikdir və o da, bu da bizimkidir, öz tariximizdir) və ziyalılığımızın tarixindəki heç vaxt silinib getməyəcək ləkə kimi. Elə bir üzqaralığı ki, Vaxtın suları nə qədər axsa da, daha onu yuya bilməyəcəkdi.

Bu, məşum 1937 olub-keçəndən, onun fəlakətli tozanağı yatandan sonrakı yeni bir 37 olacaqdı.

Allah üzümüzə baxdı ki, olmadı!

Və həmin bəladan qurtulduqsa, o qasırğa bizdən qoparmaq istədiyini ala bilmədən sovuşub getdisə, səbəbkar Heydər Əliyevdir!

Sirlər, mübhəmlik yalnız tarixin uzaqlarında deyil. Bəzən məsafəcə yaxın olduğumuz zamanın hələ dərinlərə çökməmiş qatlarında elə gizlinclərlə rastlaşırsan ki, qədim əyyamların əsrarı onların yanında toya getməli sayıla bilər.

Hədəfdə Rəsul Rza idi.

Bu böyük düşüncə və söz adamına qarşı ilk gəncliyindən başlayaraq çox hücumlar olmuşdu.

Həmlələrə səbəb də şeiri idi, düşüncələri idi, qəliblərə sığmazlığı idi.

Onun həyatı neçə qələm qardaşının ömrü kimi 1937-1938-ci illərdə də qırıla bilərdi, iştirakçısı olduğu 1941-1945-ci illər müharibəsində də bir mərmi partlayışından, bir güllə uçuşundan da bitərdi, 1940-cı illərin sonlarında sovetlərin yeni siyasi repressiya dalğalarıyla da tamamlanardı.

Həndir-hamar dövranın o bataqlıqlarından salamat qurtarmışdı, yaşamışdı, yaratmışdı, ad-san sahibi olmuşdu, ölməz əsərlər doğurmuşdu və əski qorxunc zəmanə ilə müqayisədə sanki dünyanın haphamar olduğu bir dönəmdə öhdəsindən gəlinməsi müşkül iblisliklə qarşı-qarşıya qalmışdı.

Moskvadan və içəridən - özümüzünkülər

dən uzanan kirli caynaqların irinli niyyəti onu sonacan sındırmaq idi!

Məkr buna köklənmişdi!

Azərbaycanı vurulması sanki labüdləşmiş həmin ləkədən xilas edən Heydər Əliyev oldu.

Nişangahda Rəsul Rza, onun düşüncə

tərzi və millətə hədiyyə etməkçün çalışdığı ilk Milli Ensiklopediyamız idi.

Bütün xıltlar 1970-ci illərin əvvəllərində artıq hamıya görünəcək qədər əyaniliklə üzə çıxdısa da, sualtı təhlükəli axınların varlığından Heydər Əliyev artıq 1960-cı illərin sonlarından xəbərdar idi və o çağlar Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etdiyindən belə üstüörtülü, bir gün hökmən partlayıb aşkara çıxacaq mətləblərdən hali olmaq onun elə birbaşa vəzifə borcu idi. 

...Bunlarsız millət yoxdur, bunlarsız yurd yurd olmur, vətən vətən olmur - milləti millət eləyən böyük şəxsiyyətləridir, parlaq simalarıdır. Milləti millət eləyən varlığında duyğu daşıyan, işıq daşıyan, güc daşıyan böyük şəxsiyyətlərdir. Milləti millət edən, milləti tarix içərisində yaşadan, yüksəldən şanlı nəsillərdir. Amma milləti millət edən həm də nəsil-nəsil keçən böyük kitablardır. Azərbaycan insanı "Kitabi-Dədə Qorqud" dastanlarını, Qorqud oğuznamələrini oxumasaydı, bu cür olmazdı. Azərbaycan insanı Azərbaycan nağıllarıyla, Azərbaycan atalar sözləri ilə böyüməsəydi, bu millətin yox, ayrı millətin balası olardı. Azərbaycan insanı Nizaminin "Xəmsə"sini vərəqləyə-vərəqləyə böyüyür, Məhsətinin rübailərini mütaliə edə-edə böyüyür, Xaqaninin qəsidələrini duya-duya böyüyür; Nəsiminin şeirlərindəki hikmətə dalır, Füzulinin "Leyli və Məcnun"unun sehrinə düşür - olur azərbaycanlı. Azərbaycanlı azərbaycanlı olmaq üçün gərək Vaqifi oxusun, gərək Sabiri oxusun, gərək Cavidi oxusun. Mirzə Cəlili oxumadan, Əbdürrəhim bəy Haqverdiyevi tanımadan azərbaycanlı azərbaycanlı ola bilmir. Azərbaycanlı azərbaycanlı olmaq üçün gərək Müşfiqin kitabını oxusun, gərək "Duyğu yarpaqları"nın duyğu seli onun içərisinə axsın. Bir azərbaycanlı əsl azərbaycanlı olmaq üçün gərək Səməd Vurğunun kitabını açsın. Səməd Vurğunun "Azərbaycan"ının şirəsi onun varlığına hopsun. Bir azərbaycanlı əsl azərbaycanlı olmaq üçün gərək Rəsul Rzanın "Rənglər"iylə sehrlənsin, "Rənglər"in bütün çalarları onun duyğularına, düşüncələrinə səpilsin ki, dünyanı bir azərbaycanlı olaraq seyr etsin, bir azərbaycanlının görməli olduğu bütün çalarları ilə görsün və anlasın. Ən qədim çağlardan bu günə qədər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yüzlərlə deyil, minlərlə kitab yazılıb. Ancaq o minlərlə kitabdan onu, iyirmisi, otuzu, əllisi, uzaq başı yüzü bu milləti millət edən təməl kərpiclərdir. Hər bir millət övladı yaxşı azərbaycanlı olmaq üçün, yaxşı azərbaycanlı nədir, əsl azərbaycanlı olmaq üçün o kitablar qatarını hökmən gərək mütaliə edə. Böyük Azərbaycan övladlarının yazdıqları bu kitabların heç biri sadə kitab deyil. Bu kitablar vətən dərslikləridir, millət müntəxəbatlarıdır. Və hər bir millətin bütöv millət olmaq üçün, özünü yaxşı tanımaqdan ötrü, tarixin içərisindən keçdiyi yolu, kimliyini sonacan dərk etməsindən dolayı onun bir böyük kitaba da ehtiyacı var - özünün milli ensiklopediyasına. Və o milli ensiklopediya da əslində bu milləti millət edən və əsrlər boyu yaranmış həmin kitabların bünövrəsində dikəlir. Hansı xalqın öz milli ensiklopediyası yoxdursa, gərək onu mütləq yaratsın. Çünki bu, xalqın kimlik kitabıdır. Hansı xalqın milli ensiklopediyası varsa, onu yaratmaqla, ortaya qoymaqla iş bitmir. Gərək o xalq var olduğu müddətcə həmin kitabı daim təkmilləşdirsin, müdam onun üzərində işləsin, cilalasın və daha yüksək bir səviyyəyə çatdırmaq üçün səy göstərsin. Hər xalqın milli ensiklopediyası o xalqı tarix içərisində göstərən bir güzgüdür. Xoşbəxtdir o xalq ki, həmin güzgünü onu tarix içərisində əyri göstərməyəcək qədər doğru düzəldib. Elə dürüst ayna ki, xalqı olduğu kimi göstərir. Gələcək nəsillərə də məhz olduğu ucalıqda təqdim edir.

Bu, Azərbaycan xalqının təməl kitabları, millət dərslikləri hesab ediləsi bitiklər cərgəsində yer alan ilk Milli Ensiklopediyamızı araya-ərsəyə gətirməyə çalışarkən böyük Rəsul Rzanın çəkdikləri, onu xilas etməkçün böyük Heydər  Əliyevin dar macalda edə bildikləri haqqında hekayətdir.

..."Ensiklopediya" bir qədim yunan sözüdür ki, onu biz də işlədirik, dünyanın neçə xalqı da öz lüğətinə daxil edib. "Ensiklopediya" kəlməsi ən qədim zamanlarda yaransa da, ensiklopediyanın özü xeyli sonrakı zamanların bəhrəsidir. Amma ensiklopediyalar da cürbəcür olur. Bir var hansısa sahə üzrə bilikləri əhatə edən ensiklopediya, amma bir də var bizim indi düşündüyümüz mənada və həm də elə "ensiklopediya" sözünün həqiqi anlamında uyğun ensiklopediya. Elə sözün özünün əvvəlində "tsikl" hissəciyi ki dayanır, "dairə", "tam çevrə" deməkdir. Sözün ikinci hissəsi "paydeiya", yəni "öyrətmək, təhsil vermək"dir.  "Ensiklopediya" sözünün mənası bütün çevrə üzrə, yəni "hərtərəfli biliklər, təhsil vermək, maarifləndirmək" deməkdir. Ona görə də hətta müsəlman Şərqində XIX yüzildə, XX yüzilin əvvəllərində də ensiklopediyalara "dairətu-l-məarif" deyiblər, yəni "maarifləndirmə dairəsi", "maarifləndirmənin geniş bir çevrəsi". Sahələr üzrə olan ensiklopediyaya bənzər məlumat kitabları hələ eramızdan əvvəl II minillikdə Qədim Misirdə yaranırdı, eramızdan əvvəl XII-XI yüzilliklərdə Qədim Çində ortaya qoyulurdu. Ancaq "ensiklopediya" sözünün ilkin mənasına sadiq olan, yəni bütün sahələri əhatə edən, haqqında bizə daha dolğun bilgilər çatan ilk ensiklopediya eramızdan öncə 239-cu ildə Çində ortaya qoyulub. Qədim Çində yaradılmış həmin kitabın müəllifinin adı Lüi Buvey adlı bir şəxs olub. O, həmin dövrdə bəlli olan ellik elm sahələrinə aid bütün anlayışları əhatə edən bir ensiklopediya yaratdığına o qədər əminmiş ki, hətta bəyan edibmiş: "Kim bu ensiklopediyaya əlavə ediləcək bir söz taparsa, mən həmin sözün müqabilində ona bir kiloqram qızıl verərəm".

Bu, bir qəsd idi və çox ağır qəsd idi. O vaxt o qəsd baş tutsaydı, tariximizdə qara bir ləkə kimi qalacaqdı. Dövlətçiliyimizin (müstəqilliklə sovetin tərkibində olmanın arasında yerdən göyəcən fərq varsa da, hər halda dövlətçilik dövlətçilikdir və o da, bu da bizimkidir, öz tariximizdir) və ziyalılığımızın tarixindəki heç vaxt silinib getməyəcək ləkə kimi. Elə bir üzqaralığı ki, Vaxtın suları nə qədər axsa da, daha onu yuya bilməyəcəkdi.

Bu, məşum 1937 olub-keçəndən, onun fəlakətli tozanağı yatandan sonrakı yeni bir 37 olacaqdı.

Allah üzümüzə baxdı ki, olmadı!

Və həmin bəladan qurtulduqsa, o qasırğa bizdən qoparmaq istədiyini ala bilmədən sovuşub getdisə, səbəbkar Heydər Əliyevdir!

Sirlər, mübhəmlik yalnız tarixin uzaqlarında deyil. Bəzən məsafəcə yaxın olduğumuz zamanın hələ dərinlərə çökməmiş qatlarında elə gizlinclərlə rastlaşırsan ki, qədim əyyamların əsrarı onların yanında toya getməli sayıla bilər.

Hədəfdə Rəsul Rza idi.

Bu böyük düşüncə və söz adamına qarşı ilk gəncliyindən başlayaraq çox hücumlar olmuşdu.

Həmlələrə səbəb də şeiri idi, düşüncələri idi, qəliblərə sığmazlığı idi.

Onun həyatı neçə qələm qardaşının ömrü kimi 1937-1938-ci illərdə də qırıla bilərdi, iştirakçısı olduğu 1941-1945-ci illər müharibəsində də bir mərmi partlayışından, bir güllə uçuşundan da bitərdi, 1940-cı illərin sonlarında sovetlərin yeni siyasi repressiya dalğalarıyla da tamamlanardı.

Həndir-hamar dövranın o bataqlıqlarından salamat qurtarmışdı, yaşamışdı, yaratmışdı, ad-san sahibi olmuşdu, ölməz əsərlər doğurmuşdu və əski qorxunc zəmanə ilə müqayisədə sanki dünyanın haphamar olduğu bir dönəmdə öhdəsindən gəlinməsi müşkül iblisliklə qarşı-qarşıya qalmışdı.

Moskvadan və içəridən - özümüzünkülər

dən uzanan kirli caynaqların irinli niyyəti onu sonacan sındırmaq idi!

Məkr buna köklənmişdi!

Azərbaycanı vurulması sanki labüdləşmiş həmin ləkədən xilas edən Heydər Əliyev oldu.

Nişangahda Rəsul Rza, onun düşüncə

tərzi və millətə hədiyyə etməkçün çalışdığı ilk Milli Ensiklopediyamız idi.

Bütün xıltlar 1970-ci illərin əvvəllərində artıq hamıya görünəcək qədər əyaniliklə üzə çıxdısa da, sualtı təhlükəli axınların varlığından Heydər Əliyev artıq 1960-cı illərin sonlarından xəbərdar idi və o çağlar Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etdiyindən belə üstüörtülü, bir gün hökmən partlayıb aşkara çıxacaq mətləblərdən hali olmaq onun elə birbaşa vəzifə borcu idi. 

...Bunlarsız millət yoxdur, bunlarsız yurd yurd olmur, vətən vətən olmur - milləti millət eləyən böyük şəxsiyyətləridir, parlaq simalarıdır. Milləti millət eləyən varlığında duyğu daşıyan, işıq daşıyan, güc daşıyan böyük şəxsiyyətlərdir. Milləti millət edən, milləti tarix içərisində yaşadan, yüksəldən şanlı nəsillərdir. Amma milləti millət edən həm də nəsil-nəsil keçən böyük kitablardır. Azərbaycan insanı "Kitabi-Dədə Qorqud" dastanlarını, Qorqud oğuznamələrini oxumasaydı, bu cür olmazdı. Azərbaycan insanı Azərbaycan nağıllarıyla, Azərbaycan atalar sözləri ilə böyüməsəydi, bu millətin yox, ayrı millətin balası olardı. Azərbaycan insanı Nizaminin "Xəmsə"sini vərəqləyə-vərəqləyə böyüyür, Məhsətinin rübailərini mütaliə edə-edə böyüyür, Xaqaninin qəsidələrini duya-duya böyüyür; Nəsiminin şeirlərindəki hikmətə dalır, Füzulinin "Leyli və Məcnun"unun sehrinə düşür - olur azərbaycanlı. Azərbaycanlı azərbaycanlı olmaq üçün gərək Vaqifi oxusun, gərək Sabiri oxusun, gərək Cavidi oxusun. Mirzə Cəlili oxumadan, Əbdürrəhim bəy Haqverdiyevi tanımadan azərbaycanlı azərbaycanlı ola bilmir. Azərbaycanlı azərbaycanlı olmaq üçün gərək Müşfiqin kitabını oxusun, gərək "Duyğu yarpaqları"nın duyğu seli onun içərisinə axsın. Bir azərbaycanlı əsl azərbaycanlı olmaq üçün gərək Səməd Vurğunun kitabını açsın. Səməd Vurğunun "Azərbaycan"ının şirəsi onun varlığına hopsun. Bir azərbaycanlı əsl azərbaycanlı olmaq üçün gərək Rəsul Rzanın "Rənglər"iylə sehrlənsin, "Rənglər"in bütün çalarları onun duyğularına, düşüncələrinə səpilsin ki, dünyanı bir azərbaycanlı olaraq seyr etsin, bir azərbaycanlının görməli olduğu bütün çalarları ilə görsün və anlasın. Ən qədim çağlardan bu günə qədər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yüzlərlə deyil, minlərlə kitab yazılıb. Ancaq o minlərlə kitabdan onu, iyirmisi, otuzu, əllisi, uzaq başı yüzü bu milləti millət edən təməl kərpiclərdir. Hər bir millət övladı yaxşı azərbaycanlı olmaq üçün, yaxşı azərbaycanlı nədir, əsl azərbaycanlı olmaq üçün o kitablar qatarını hökmən gərək mütaliə edə. Böyük Azərbaycan övladlarının yazdıqları bu kitabların heç biri sadə kitab deyil. Bu kitablar vətən dərslikləridir, millət müntəxəbatlarıdır. Və hər bir millətin bütöv millət olmaq üçün, özünü yaxşı tanımaqdan ötrü, tarixin içərisindən keçdiyi yolu, kimliyini sonacan dərk etməsindən dolayı onun bir böyük kitaba da ehtiyacı var - özünün milli ensiklopediyasına. Və o milli ensiklopediya da əslində bu milləti millət edən və əsrlər boyu yaranmış həmin kitabların bünövrəsində dikəlir. Hansı xalqın öz milli ensiklopediyası yoxdursa, gərək onu mütləq yaratsın. Çünki bu, xalqın kimlik kitabıdır. Hansı xalqın milli ensiklopediyası varsa, onu yaratmaqla, ortaya qoymaqla iş bitmir. Gərək o xalq var olduğu müddətcə həmin kitabı daim təkmilləşdirsin, müdam onun üzərində işləsin, cilalasın və daha yüksək bir səviyyəyə çatdırmaq üçün səy göstərsin. Hər xalqın milli ensiklopediyası o xalqı tarix içərisində göstərən bir güzgüdür. Xoşbəxtdir o xalq ki, həmin güzgünü onu tarix içərisində əyri göstərməyəcək qədər doğru düzəldib. Elə dürüst ayna ki, xalqı olduğu kimi göstərir. Gələcək nəsillərə də məhz olduğu ucalıqda təqdim edir.

Bu, Azərbaycan xalqının təməl kitabları, millət dərslikləri hesab ediləsi bitiklər cərgəsində yer alan ilk Milli Ensiklopediyamızı araya-ərsəyə gətirməyə çalışarkən böyük Rəsul Rzanın çəkdikləri, onu xilas etməkçün böyük Heydər  Əliyevin dar macalda edə bildikləri haqqında hekayətdir.

..."Ensiklopediya" bir qədim yunan sözüdür ki, onu biz də işlədirik, dünyanın neçə xalqı da öz lüğətinə daxil edib. "Ensiklopediya" kəlməsi ən qədim zamanlarda yaransa da, ensiklopediyanın özü xeyli sonrakı zamanların bəhrəsidir. Amma ensiklopediyalar da cürbəcür olur. Bir var hansısa sahə üzrə bilikləri əhatə edən ensiklopediya, amma bir də var bizim indi düşündüyümüz mənada və həm də elə "ensiklopediya" sözünün həqiqi anlamında uyğun ensiklopediya. Elə sözün özünün əvvəlində "tsikl" hissəciyi ki dayanır, "dairə", "tam çevrə" deməkdir. Sözün ikinci hissəsi "paydeiya", yəni "öyrətmək, təhsil vermək"dir.  "Ensiklopediya" sözünün mənası bütün çevrə üzrə, yəni "hərtərəfli biliklər, təhsil vermək, maarifləndirmək" deməkdir. Ona görə də hətta müsəlman Şərqində XIX yüzildə, XX yüzilin əvvəllərində də ensiklopediyalara "dairətu-l-məarif" deyiblər, yəni "maarifləndirmə dairəsi", "maarifləndirmənin geniş bir çevrəsi". Sahələr üzrə olan ensiklopediyaya bənzər məlumat kitabları hələ eramızdan əvvəl II minillikdə Qədim Misirdə yaranırdı, eramızdan əvvəl XII-XI yüzilliklərdə Qədim Çində ortaya qoyulurdu. Ancaq "ensiklopediya" sözünün ilkin mənasına sadiq olan, yəni bütün sahələri əhatə edən, haqqında bizə daha dolğun bilgilər çatan ilk ensiklopediya eramızdan öncə 239-cu ildə Çində ortaya qoyulub. Qədim Çində yaradılmış həmin kitabın müəllifinin adı Lüi Buvey adlı bir şəxs olub. O, həmin dövrdə bəlli olan ellik elm sahələrinə aid bütün anlayışları əhatə edən bir ensiklopediya yaratdığına o qədər əminmiş ki, hətta bəyan edibmiş: "Kim bu ensiklopediyaya əlavə ediləcək bir söz taparsa, mən həmin sözün müqabilində ona bir kiloqram qızıl verərəm.

                                                                                                    Rafael Hüseynov

"525-ci qəzet"

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()