Mark Tven
Əsl adı Semuel Lenghorn Klemens olan görkəmli yazıçı, satirik və ictimai xadim Mark Tven də çətinliklərlə dolu həyat yaşamış dahilərdəndir: böyük şöhrətdən tutmuş, 3 övlad və həyat yoldaşının itkisinə qədər. Bütün bu yaşadıqlarına baxmayaraq, o, çox böyük yumor hissinə malik idi. Bəlkə də dərddən gülən yazıçının yaşadıqları onun həyat fəlsəfəsinə sahib olmasına başlıca səbəb olmuşdur.
Dahi yazıçı tam bir tənbəki düşkünü olub. 8 yaşından etibarən Tven, ölənə qədər gündə 40 siqar çəkib. Hətta bir dəfə “siqaret atmaq istədim, amma o, məni atmayıb deyib”. Hələ bir dəfə isə demişdi ki, ” siqareti tərgitmək dünyanın ən asan işidir. Bunu məndən yaxşı heç kim edə bilməz. İndiyə kimi min dəfə tərgitmişəm”. Yazıçı hətta ağzında siqaretlə də yuxuya gedərmiş. “ Tven zəngin idi və yəqin bahalı siqaret çəkərdi ”,- deyə düşünürsünüzsə, yanılırsınız. O, ən ucuz və ən pis siqaret çəkərdi. Təkcə siqaretə deyil, həm də pişiklərə düşkün olan dahinin bu heyvanlarla bağlı maraqlı bir fikri də var idi: “ Əgər insanlarla pişikləri cütləşdirmək mümkün olsaydı, insanlar bundan yalnız xeyir tapardı. Pişik cinsi isə əksinə zərər görərdi. “Hakberri Finnin sərgüzəştləri” əsərinin müəllifi evində çoxlu pişik saxlayırdı. Deyilənlərə görə, əsəbləşəndə özü də pişik kimi donquldanarmış.
Həm də hazırcavablığı ilə seçilən dahi yazar bir dəfə “ Donuz ” sözü yaszılmış imzasız məktub alır. Ertəsi gün öz qəzetində məktub sahibinə belə bir cavab dərc edir: “ Adətən mən imzasız məktublar alıram. Dünən birinci dəfədir ki, məktubsuz imza aldım ”. Mark Tven, həmçinin hüşsuzluğu ilə də məşhur idi. Bir dəfə qatara minəndə bütün ciblərini eşələyib bileti tapa bilmir. Axırda onu üzdən tanıyan nəzarətçi “ tapmasanız da eybi yoxdu, narahat olmatyın , xırda məsələdir ” deyir. “ Bunun nəyi xırda məsələdir? ”, - deyə yazıçı etiraz edir: - “ Əgər bu lənətə gəlmiş bileti tapa bilməsəm hara getdiyimi bilməyəcəm”.
Bir gün dostlarından biri dahidən borc pul alır və qaytarmaq vaxtı ilə bağlı belə deyir: “ əgər ölməyib sağ qalsam gələn ayın bu vaxtı qaytaracam ”.Lakin deyilən vaxtdan daha bir ay keçməsinə baxmayaraq , borc alandan səs – soraq çıxmır. Belə olanda Mark Tven qəzetində həmin adamla bağlı belə bir başsağlığı dərc etdirir : Dərin hüznlə, əzizimiz Harri Dunkanın ölümü ilə əlaqədar onun yaxınlarına başsağlığı verirəm. O filan vaxt məndən 500 dollar borc almışdı və alanda da bildirmişdi ki, əgər ölməyib sağ qalsa bir ay sonra pulu qaytaracaq. Əziz dostumun vədinə sadiq, sözübütöv bir insan olduğuna görə, indi qətiyyən heç bir şübhəm yoxdur ki, o, məhz dünyasını dəyişdiyi üçün pulu bu vaxta qədər çatdıra bilməyib . Allah rəhmət eləsin...!
Bütün şəhər bu elana gülür və axır ki “ rəhmətlik ” tapılır və Tven öz pulunu alır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.