Paylaş:
MAQSUD İBRAHİMBƏYOV
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar olaraq “Maqsud İbrahimbəyov - 90" adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncam, müəllifin müxtəlif illərdə qələmə aldığı, Azərbaycan, ingilis, rus dillərində nəşr edilən və yazıçıya geniş oxucu auditoriyası qazandıran kitabları, onun ssenarisi əsasında çəkilən “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərini əks etdirən fotoşəkillər və dövri mətbuat nümunələri sərgilənməkdədir.