Lüdviq van Bethoven
Dünya misiqi tarixinin ən görkəmli bəstəkarlardan biri də Lüdviq van Bethovendir. Onun adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçosu idi. Gənc yaşlarında eşitmə qabiliyyətini itirən məşhur bəstəkar çox əsəbi adam olub. Deyilənlərə görə, eşitmə qabiliyyətini itirdikcə belə dəyişib.
Ətrafda hər kəslə kobud davranar, onlarla dava edərdi. Evində çalışanları hətta oğurluqda günahlandıran bəstəkar əsəbləşdiyi zaman qarşısındakıların üstünə bir şey ataraq özünü sakitləşdirirdi. Çox tərs biri olduğu üçün qadınlarla da ünsiyyət qura bilməyən dahi həyatının sonuna qədər heç evlənməmişdi. Zahiri görnüşünə həddindən ziyadə diqqət edən dahi hamamda vaxt keçirməkdən zövq alarmış. Bunun həyatında vacib olduğunu dilə gətirən bəstəkar ən önəmli əsərlərini də elə hamamda yaratmışdır. Hər gün vərdiş etdiyi duş qəbulundan sonra sulu vəziyyətdə evin içində gəzərmiş. Dahi bəstəkarın bu vərdişnə görə ev sahibi evin döşəməsinə sement tökmək məcburiyyətində qalmışdır. O, həmişə yanına bir vedrə buz kimi su qoyardı ki, mürgüləmək istəyəndə onu başından aşağı töküb yenidən işləməyə davam etsin
Bethoven həyatı boyunca sətəlcəm, qarın yatalağı və başqa xəstəliklərdən əziyyət çəkib. Serrozdan dünyasını dəyişən musiqiçinin ölüm günü təbiət də qəzəblənib. Belə ki, fırtına və göy gurultusu zamanı həyatının son anını yaşayan Bethoven yumruğunu göyə qaldıraraq səmanı və daha yüksək gücləri təhdid edibmiş.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.