01 iyul, 2022
Paylaş:

Leonardo da Vinçi

İntibah dövrünün memarı, rəssam, ixtiraçı, riyaziyyatçı və musiqiçi Leonardo da Vinçi də digər dahilər kimi asan bir həyat keçirməyib. Maraqlı xüsusiyyətləri ilə seçilən dahinin mükəmməl olmaq arzusu, onu davamlı şəkildə etdiyi işləri yarıda buraxmasına səbəb olurmuş. Buna baxmayaraq, ən məşhur “ Mona Liza” və “ Son axşam yeməyi ” əsərlərini tamamlamağı bacarmışdır.

Bəzi mənbələrdə onun vegeterian olduğu bildirilir. Bütün bazarı gəzib qazancı çox olmasa da, quş satılan yerlərdə onları qəfəsdən  çıxararaq pulunu ödəyib azad edən dahi: “ Əgər  insan özü azadlığa can atırsa nəyə görə o, quşları və heyvanları qəfəsə salır?... İnsan dünyada ən böyük yırtıcıdır, çünki hər şeylə pis davranır. Biz insanlar başqalarını öldürərək yaşayırıq. Biz qəbirstanlığa gedən insanlar! Hələ gənc yaşda ikən mən ətdən imtina etdim” – deyə söyləyibmiş.

Gün ərzində hər saatda on beş dəqiqə olmaqla yatan dahinin yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazarmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu nədənsə ittiham olunmaqdan qorunmaq, bəziləri isə ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumaq üçün müxtəlif alimlər on illər sərf etdilər.

Həmçinin ecazkar bir musiqi aləti olan lirada mükəmməl ifa etməyi bacaran Leonardo bir gün Milanda həbs edilərkən öz musiqiçilik məharətini göstərərək ,onun rəssam deyil, musiqiçi olduğunu hakimə sübut etməyi bacarmışdı.

Leonardonun maraqları sırasında hətta kulinariya və servis üsulları da yer alır. 13 yaşında ikən ziyafətlərdə yeməkpaylayan işləyən dahi çox sayda reseptlər öyrənərək, aşpazların mətbəx sirləri ilə tanış olubmuş. Bu ziyafətlərdə qonaqlara təqdim olunan “ Leonardodan” adlı şorba xüsusi diqqət çəkirmiş.       

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.  

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()