“Kitabxananı, kitabları sevək” adlı tədbir.

15 oktyabr, 2018
Paylaş:

“Kitabxananı, kitabları sevək” adlı tədbir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 oktyabr 2018-ci il tarixdə “Beynəlxalq məktəb kitabxanaları günü” münasibəti ilə “Kitabxananı, kitabları sevək” adlı görüş keçirildi.

Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. Belə bir günün qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Blanş Vulz bəyan etmişdir. 2005-ci ildə isə həmin assosiasiyanın növbəti prezidenti Piter Genko bu bayrama rəsmi status verildiyini təsdiqləmişdir.

Görüşdə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçısı Fidan Hüseynova, müəllimə Lalə Vahabova və şagirdlər iştirak etdilər.

Mərkəzin şagirdləri kitabxana, tarixi, kitab fondu, şöbələrin fəaliyyəti, əsas iş prinsipi ilə yaxından tanış oldular.

Kitabişləmə və elektron kataloq şöbəsinin müdiri Səadət Şəfiyeva tədbir iştirakçılarını kitabxananın bütün şöbələri ilə yaxından tanış edib hər birinin fəaliyyəti haqqında geniş məlumat verdi. Səadət Şəfiyeva həmçinin, AZLİBNET, elektron və ənənəvi kataloq və kartoteka, onlardan istifadə qaydalarını da ətraflı şəkildə izah etdi.

Hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova kitabxananın nəzdində fəaliyyət göstərən İctimai Hüquqi İnformasiya Mərkəzi, onun xidmət dairəsi haqqında məktəbliləri məlumatlandırdı.

Kitaba, mütaliəyə marağın artırılması məqsədini daşıyan tədbir boyu məktəblilərin bütün suallrı Səadət Şəfiyeva və Günay Həsənova tərəfindən cavablandırıldı.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()