Kitabxana əməkdaşlarına “Tərəqqi” medalı verildi

21 dekabr, 2018
Paylaş:

Kitabxana əməkdaşlarına “Tərəqqi” medalı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 04 dekabr tarixli 771 nömrəli Sərəncamı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, baş kitabxanaçılar Sənübər Həsənova və Mədinə Əliyeva “Tərəqqi” medalı ilə təltif olundular.

Dekabrın ayının 21-də Azərbaycan Milli İncəsənət Muzeyində prezidentin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında əsaslı təmir və yenidənqurmadan sonra bu binada ilk tədbirin keçirildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeydə yaradılan şəraitlə tanış olmuş, görülən işlərdən razı qalmış və yüksək qiymətləndirmişlər.

Çıxış edənlər göstərilən etimada, qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevə öz minnətdarlıqlarını bildirib bundan sonra da layiqincə mədəniyyətimizin inkişafına, xalqımıza, vətənimizə xidmət edəcəklərini bildirdilər.

Təltif olunanların, həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, baş kitabxanaçılar Sənubər Həsənova və Mədinə Əliyevanın mükafatlarını cənab nazir Əbülfəz Qarayev təqdim etdi və ölkəmizin mədəniyyət sahəsinin tərəqqisində, inkişafında hamıya uğurlar arzuladı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()