Kitabxana beynəlxalq konfransda

25 noyabr, 2021
Paylaş:

Kitabxana beynəlxalq konfransda

Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi illər ərzində dəfələrlə beynəlxalq kitabxanalararası münasibətlərin inkişafı məqsədilə müxtəlif konfrans, forum və tədbirlərdə iştirak etmişdir. Beynəlxalq kitabxana aləmində İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası “Kitabxanalardan gələcəyə” adlı Beynəlxalq Konfransının təşkilatçısı kimi tanınır. Respublika Gənclər Kitabxanası sözügedən kitabxana ilə uzun illik dostluq və əməkdaşlıq münasibətlərinə malikdir. Yada salmaq yerinə düşərdi ki, keçən il,  Gənclər Kitabxanası İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet forumda Azərbaycanın xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı video material və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı  general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı haqqında hazırladıqları esse ilə Birinci yeri qazanaraq qalib olmuşdular.

Bu il isə kitabxana, onlayn rejimdə təşkil olunan “Kitabxanalardan gələcəyə” XX Beynəlxalq Konfransda iştirak etmişdir. 130 nəfər kitabxanaçının qatıldığı və “Biz birlikdə olanda: kitab, kitabxana və gənclik vahid mədəniyyət məkanında cəmlənir” başlığı altında təşkil edilən konfransda Respublika Gənclər Kitabxanasının Hüquqi İnformasiya şöbəsinin müdiri Günay Həsənova “Dünya ədəbiyyatı tarixində iz buraxanlar – Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi” adlı məruzə ilə iştirak etmişdir. Məruzənin mövzusu 2021 ci ildə Azərbaycanda “Nizami İli” elan olunması ilə əlaqədar olaraq seçilmişdir. Məruzədə Respublika Gənclər Kitabxanasının “Nizami İli” çərçivəsində həyata keçirdiyi layihələr, foto müsabiqələr, viktorinalar, onlayn tədbirlər, hazırlanan materiallar-biblioqrafik icmal, video çarxlar, virtaul kitab sərgiləri, “book trailer” lər və s. haqda məlumat verilmişdir. Gələcəkdə nəzərdə tutulan işlər – elektron məlumat bazası, xarici dillərdə paylaşımlar və s. haqqında söhbət açılmışdır. Sözügedən məruzə konferensiyanın rəsmi saytında yerləşdirilmiş və gələcəkdə  “Kitabxanalardan gələcəyə” XX Beynəlxalq Konfransının nəticələrini əks etdirən hesabat toplusuna daxil edilməsi nəzərdə tutulur.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()