17 sentyabr, 2024
Paylaş:

Jan-Pol Belmondo

Fransa kinosunun "müqəddəslərindən" hesab edilən "Bebel" ("eybəcər") ləqəbli "buqəlamun" aktyor Jan-Pol Belmondo... Dünya kinosunun ulduzu heç bir xüsusi gözəlliyə malik olmasa da, bir çox qadınların qəhrəmanı, idealı... Kifir və eyni zamanda ən yaraşıqlı aktyorlardan sayılan bu adam nə qədər eybəcər və kobud olsa da, bir o qədər də çəkici idi... Rejissor və aktyor Pyer Düks onun barəsində belə demişdi: "Gərək sən səhnədə öpüşməyəsən, onsuz da heç kim inanmayacaq! Sənin simana ancaq əclaf obrazları yaraşır!..".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Belmando Fransanın Nöyi-sür-Sen şəhərində heykəltəraş ailəsində dünyaya gəlib. 64 illik karyerasında 88-dən çox filmdə çəkilən aktyor təhsillə demək olar ki, maraqlanmayıb, ancaq idmanı çox sevib, futbol, velosiped, xüsusilə də boksla məşğul olub.

Belmondo məhəbbət qəhrəmanlarını nəinki filmlərdə, həmçinin həyatda da oynayıb. Qadınlar bu "eybəcər"ə göz verib-işıq verməyiblər. Elə Belmondo da az aşın duzu olmayıb. "Qadınlarsız mən heç kiməm", - deyə etiraf edən aktyor ilk həyat yoldaşı olaraq Elodi Konstan adlı 13 yaşlı gözəl balerinanı seçib. Bu evlilikdən onların Patrisiya, Florensiya və Pol adlı üç övladı dünyaya gəlib.

Həddi-bülağa çatmamış xanımı ilə bu nikahını uzun müddət gizli saxlayan fransalı aktyor 13 ildən sonra həyat yoldaşından bezir və isveçrəli gözəlçə Ursula Anderslə görüşməyə başlayır. Ərinin Ursula ilə birgə olduğuna inanmayan Elodi Honq Konqa uçur və şayiələrin həqiqət olduğunu mehmanxanada öz gözləri ilə görür. 7 il Ursula Anderslə birgə yaşayan Belmando bu dəfə də italiyalı aktrisa Laura Antonelliniyə vurulur. Ursula ciddi depressiya keçirir, ancaq özünü birtəhər toplayır. İllər sonra müsahibəsində o, fransalı sevgilisi barədə deyir: "Bütün sevgililərim arasında ən zərifi Belmondo olub. Bu kobud, kəndliyə bənzəyən qanmazı sevirdim...".

Belmondo Laura Antonelliyə uzun müddət ona ərə gəlməsi üçün yalvarır. Ancaq bu, faydasız olur. Laura bütün kişilərə inamını itirmişdi. O düşünürdü ki, kişilər ona yalnız əylənmək məqsədilə yaxınlaşır. Ancaq Belmondo onu atan zaman italiyalı aktrisanın həyatı tamamilə dəyişir. Ursula kimi depressiya keçirir, karyeradan uzaq düşür. Sonralar məlum olur ki, Jan-Pol Lauraya yaşaması üçün pul göndərib.

"Eybəcər" aktyor 58 yaşında ikən braziliyalı model 20 yaşlı Karlos Sotomayerlə eşq macərası yaşayır. Daha sonra isə Belmondo gələcək həyat yoldaşı Natti Tardevil adlı model və balerina ilə tanış olur. Bu evlilik 17 il davam edir. 42 yaşlı Nanni aktyora qız övladı bəxş edir. Lakin evlilik boşanma ilə bitir. Barbara Qandolfi aktyorun sonuncu sevgililərindən olur. Belmando özündən 40 yaş cavan olan xanımla Belmondo xoşbəxt olduğunu söyləyirdi. Lakin Barbara da işini bilirdi və aktyorun dərdindən heç də dəli-divanə olmamışdı. Qadının yeganə məqsədi yaşlı və varlı aktyordan yaxşıca pul qoparmaq idi. Lakin bu istək baş tutmur və münasibətlərə məhkəmədə aydınlıq gəlir.

Jan-Pol Belmondo 88 yaşında Parisdəki evində vəfat edib, ölümü ilə bütün fransız televiziya kanallarının proqramlarını dəyişib. Bütün kanallarda Belmondonun çəkildiyi filmlərə yer verilib, yazılı mətbuat orqanlarında Belmondoya həsr edilmiş çoxsaylı məqalələr dərc olunub...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()