23 noyabr, 2023
Paylaş:

Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf konsepsiyası

Məlum olduğu kimi, 1969-cu ildə Heydər Əliyev Azərbaycarespublikalarn KP MK-nın birinci katibi təyin edildiyi vaxt respublikamızın iqtisadiyyatı durğunluq vəziyyətində idi. İstər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq arasında sonuncuyeri tuturdu. Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin 90 faizinin İttifaq əhəmiyyətli olmasına baxmayaraq, onların buraxdığı məhsulun keyfiyyəti çox aşağı idi. Məhsulun bir faizindən azı keyfiyyət nişanı almışdı və bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında axırıncı yeri tuturdu. İttifaq bazarında özünə layiqli yer tapmayan bu məhsullar qiymətdən düşür, müəssisələrin mənfəəti azalırdı. Bu isə öz növbəsində Azərbaycan iqtisadiyyatının səmərəliliyini, xüsusilə, o zaman dövlət büdcəsinin gəlirlərində əsas yer tutan mənfəət vergisinin miqdarını kəskin surətdə aşağı salırdı.

Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə respublikada yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri müəyyən olundu, onları aradan qaldırmaq və irəliyə doğru inkişafı təmin etməyin proqramı hazırlandı. Burada texniki tərrəqi, istehsalın səmərəliliyini və məhsulun keyfiyyətini yüksəltmək ön plana çəkilmişdi. Hələ 1974-cü ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nin plenumu çağırıldı. Plenum məhsulun keyfiyyətini müzakirə edərək bu sahədə ictimai təşkilatların, müxtəlif müəssisələrin fəaliyyət proqramlarını müəyyən etmişdir.

Heydər Əliyev 1976-cı ildə Azərbaycan iqtisadiyyatında yaranmış problemlər və onların həlli yolları ilə əlaqədar Sov.İKPMK-ya təkliflərlə müraciət etdi."1976-1980-ci illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi baradə" Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri müzakirə olunan 1976-cı il oktyabr plenumunda məhsulun keyfiyyətinin yüksəlməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoydu. Heydər Əliyev bütün elmi ictimaiyyətin, müəssisələrin, partiya və sovet orqanlarının diqqətini keyfiyyətin və səmərəliliyin yüksəlməsi probleminin həllinə cəlb etmiş, yeni texnikanın, texnologiyaların, Azərbaycan Elmlər Akademiyasında aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin istehsalata tətbiqini vacib vəzifə kimi qarşıya qoymuşdu.

Heydər Əliyevin böyük təşkilatçılıq işi, tələbkarlığı və qayğısı tezliklə özünün bəhrələrini verməyə başladı. Belə bir faktı göstərmək kifayətdir ki, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581 adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat nümunələri yaradılmış, 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradılmışdır. Bunun da çox böyük bir hissəsi Abşerondan kənar iqtisadi rayonların, xüsusən də Gəncə, Naxçıvan, Mingəçevir, Xankəndi, Əli Bayramlı (indiki Şirvan) və digər şəhərlərin payına düşürdü.

Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.

Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.

Bütün bunlar respublikada istehsal olunan məhsulların, o cümlədən xırda və orta şəhərlərdə istehsal olunan sənaye məhsullarının keyfiyyətini əvvəlki dövrlərdə olduğuna nisbətən müqayisə olunmaz dərəcədə yüksəldirdi. Keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda bu göstərici 1980-cı ildə 30,3 faiz, 1985-ci ildə 46,9 faiz olmuşdur. Keyfiyyət nişanlı məhsulların xüsusi çəkisinə görə Azərbaycan SSRİ-nin orta göstəricisindən (müvafiq olaraq 29,8 və 44,7 faiz) və müttəfiq respublikaların əksəriyyətinin göstəricilərindən xeyli irəli keçmişdi. Ən başlıca cəhət ondan ibarətdir ki, Azərbaycanın bir çox şəhərlərində keyfiyyət nişanlı məhsulların xüsusi çəkisi daha sürətlə artırdı. Məsələn, 1986-cı ildə keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi respublikamızda 43,8 faiz, Bakı şəhərində 46,9 faiz olduğu halda, bu göstərici Naxçıvan MR-də 56,8 faiz, Gəncə şəhərində 86,9 faiz, Mingəçevirdə 59,2 faiz idi. Bütün bunlar həm qeyri-neft sektorunda istehsalın səmərəliliyinin, həm də bunun hesabına dövlət büdcəsinin gəlirlərinin artmasını ifadə edirdi.

1991ci ildə

 Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş və onların inkişaf tempini aşağı salmışdır. Sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 1995-ci ildə 30 faiz təşkil etmişdir.

Bütövlükdə və sonrakı illərdə keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalmış,  cı ildən istehsalın həcminin aşağı düşməsinin qarşısı alınmışdır.Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki,1997- ci ildən başlayaraq respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli metodlar və vasitələr qəbul edilmişdir. Onların da əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur.

2001-2003-cü illərdə ölkə Prezidentinin xarici və yerli sahibkarlarla görüşündə, respublika regionlarına səfəri  zamanı etdiyi məruzə vəçıxışlarında,"Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə  Dövlət Proqramı"nın təqdimat mərasimindəki nitqində əsas diqqəti regionlarda qeyri-

neft sektorunun inkişaf etdirilməsini əsaslandırmışdır. Hazırda ölkəmiz Ulu Öndərimiz Heydər Əliyevin inkişaf konsepsiyasına uyğun olaraq onun layiqli varisi İlham Əliyevin başçılığı altında uğurla inkişaf etməkdədir.

Faiq Həsən oğlu Əliyev

“Olaylar”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()