07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(7-ci hissə)

Amma hər halda həbsdən çıxdığı dövrdən ömrünün sonunacan - aşağı-yuxarı 50 illik müddətdə ictimaiyyət gözünə ikicə dəfə qələmiylə, sözüylə köhnə Allahverdi kimi göründü.

Vətən təhlükədə olanda, bir də xilaskarı Heydər Əliyevin həyatı təhlükəylə qarşılaşanda - öndər ürək əməliyyatına girəndə...

..."Azərbaycan Milli Dili Müdafiə Komitəsi" son ittiham sənədlərində 12 göstərilsə də, çoxsaylı fərdi, iki-bir, üç-bir görüşlər nəzərə alınmazsa, əslində 15 gizli yığıncaq keçirməyə müvəffəq olmuşdu.

Gizli təşkilatın iki əsas rəhbərindən biri Allahverdi Qurbanov həmin yığıncaqlarda nə deyirdi və niyə onun söylədikləri təşkilata cəlb edilmişlərə cazibəli gəlirdi?

Deyirdi ki, biz hər vasitə ilə çalışmalıyıq ki, Azərbaycan dili dövlət dilimiz olsun. Belə olarsa, kənddən gələn ata-analarımız, bacı-qardaşlarımız idarə və təşkilatlarda, mağazalarda heç bir çətinlik çəkmədən ürəkləri istədiyi kimi danışa bilərlər. Deyirdi ki, biz rus dilini öyrəndiyimiz kimi, qoy bu respublikada yaşayan digər xalqlar da Azərbaycan dilini öyrənsinlər, öyrənmək istəmirlərsə, gedə bilərlər (Onun bu sözlərini quyusunu dərin qazmaqçün belə yozmaq cəhdləri də olacaq ki, guya digər xalqları respublikadan çıxarmağa çağırırmış).

Rafael Hüseyinov

"525-ci qəzet"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()