07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(6-cı hissə)

Çünki aparılmış istintaqdan sonra tərtib edilmiş təqsirnamə elə kəskin məqamları əhatə edirdi ki, o vaxt DTK sədri vəzifəsini icra edən Heydər Əliyevin şəxsi münasibəti və təsiri olmasaydı, məhbusların aqibətinin daha ağır sonluqla nəticələnəcəyi labüd idi.

İllər sonra həmin ani görüş barədə Allahverdi ailə üzvlərinə həmişəlik yadda saxlamaları və haqqı unutmamaları üçün söyləmişdi.

...Onu gətirmişdilər Heydər Əliyevin kabinetinə.

Polkovnik qayıtmışdı ki, nə etmisiniz, nələri etmək istəyirmişsiz, hamısını bilirik. Başqa vaxtlar olsaydı, həbsxanada çürüyərdiniz. Sizin məsələni artıq Moskvada da bilirlər. Ancaq sizi Moskvaya verməyəcəyəm. Sizi böyüdən valideynlərinizin əməyini itirməyin, onlara dərd olmayın, dərsinizi oxuyun, təhsilinizi alın, cəmiyyət üçün xeyirli işlər görün.

Allahverdi balalarına söyləyirmiş ki, mən o vaxt bilmirdim bu sözləri deyən Heydər Əliyevdir.

O vaxt mən subay idim və demək, sizin heç biriniz də yox idiniz. O kişi mənimlə bir aydan bəri təxminən hər gün davam edən dindirmələrdən sonra o təhər danışanda başa düşdüm ki, qapım açılır. O görüş olmasaydı, o kişinin o yaxşılığı olmasaydı, Allah bilir, indi nə mən vardım, nə də siz.

...Allahverdi qayıtdı gəldi və daha heç vaxt siyasətə qarışmadı, yarımçıq qırılmış təhsilini tamamladı, Biləsuvardakı Səməd Vurğun adına kolxozda işlədi, hətta 1980-ci illərin sonlarında onun inqilabçı keçmişindən xəbərdar olan Əbülfəz Elçibəy xəbər göndərəndə ki, sən də gəl bizə qoşul, razılıq vermədi

                                                                                                                Rafael Hüseynov

                                                                                                            "525-ci qəzet"

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()