07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın"(5-ci hissə)

1990-cı illərin əvvəllərində, işğala uğramış Vətən narahat günlərini yaşayanda elə həmin "Məhsul" qəzetində "Sözüm qeyrətli oğullaradır" deyə xalqa üz tuturdu: "Dövran ağır, üzləşdiyimiz düşmən çox hiyləgərdir. Cəbhədəki müvəqqəti uğursuzluqlar, torpaqlarımızın müəyyən hissəsinin əldən getməsi heç də tam məğlubiyyətimiz deyildir. Azərbaycan oğulları hələ öz sözünü deməyib. Qeyrətli Vətən oğulları yalnız respublika Prezidenti Heydər Əliyevin müraciətindən sonra ayağa qalxıb silaha sarılıblar.

Mənim yaşım az deyil. Həyatın isti-soyuğunu çox görmüşəm. Lakin nikbinliyimi heç vaxt itirməmişəm, həmişə də sabaha ümidlə baxmışam. Bu gün də o fikirdəyəm. Yaxın vaxtlarda olacaq qələbəmizin sevincini indidən duyuram. Oğlanlarım Seyfullanı da, Qurbanı da cəbhəyə ata kimi bu arzuyla yola salmışam".

Böyük qələbəmizin sevincini hamımızla birgə yaşamaq Allahverdi Qurbanova nəsib olmadı, 2015-ci ildə həyatdan getdi.

1965-ci ilin payızındakı həbsindən, DTK təcridxanasındakı çoxsaylı dindirmələrdən sonra 1965-ci il yanvarın 12-də Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyası "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin rəhbərləri Allahverdi Qurbanov və Paşa Abdulrəhimovun məsələsinə baxaraq onların hər birini cəzalarını ümumi rejimli həbsxanada çəkməklə 1 il müddətinə azadlıqdan məhrum etmişdi. Cəzanın çəkilmə müddəti 1965-ci ilin sentyabrından - istintaqın başlandığı gündən hesablanmışdı və hər iki məhbusu da vaxtından tez - 1966-cı ilin 13 iyununda azad etmişdilər. Yəni islah-əmək düşərgəsində qalmaları beşcə ay çəkmişdi. Ancaq o məqamlar ki istintaq gedişində, dindirmələrdə, şahid ifadələrində aşkarlanmışdı, onlar ciddiyyətlə nəzərə alınsaydı, gərək həbs olunanlara elan edilmiş 67-ci maddənin yuxarı həddiylə cəza müəyyənləşdirməkdən savayı, buna başqa ağır maddələri də qoşaydılar.

Etməmişdilər və bunun da səbəbkarı Heydər Əliyev olmuşdu.

                                                                                                          Rafael Hüseynov

                                                                                                                                       "525 -ci qəzet"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()