"Heç olmazsa bizi xatırlayın"(1-ci hissə)
Vulkanlar uzun müddət susub hərdən-hərdən püskürən kimi, dənizlərin suyu müəyyən dövrdə enib ayrı bir vaxtda qalxan sayaq, sanki xalqların milli hissiyyatının da ara-sıra başqa çağlardakına nisbətən təbii bir ehtiyac kimi qalxması, coşması var. 1950-60-cı illər həm Güney, həm Quzey Azərbaycanda elə həmin oyanma, dirçəlmə dövrlərindən sayıla bilər.
O tayda onillərlə farsca yazıb-yaratmış Məhəmmədhüseyn Şəhriyarın ana dilində "Heydərbabaya salam"ı yaranaraq milyonlarla insanı içəridən necə silkələmişdisə, burada - Sovet Azərbaycanında da milli dil, milli dəyərlərə başqa vaxtlarla müqayisədə artan xüsusi diqqət, bəslənən daha həssas münasibət aşağıdan yuxarıya, sadə adamlardan başlamış aparıcı ziyalılara qədər əksəriyyətdə sezilməkdəydi.
Rafael Hüseynov
"525-ci qəzet"