07 aprel, 2023
Paylaş:

"Heç olmazsa bizi xatırlayın" (3-cü hissə)

Tarixin çarxı girdədir. Yenə dolanıb eyni yerdən keçmək məziyyəti də var. Əgər o vaxt Azərbaycanda baş qaldırmış və bir çox yönləriylə antisovet səciyyəli olan bir neçə gizli gənclər təşkilatı sovet ideolojisi və qanunlarının bütün sərtliyiylə cəzalandırılsaydı, alovlu cavanların gözünün odu yerindəcə alınsaydı, onlar uzunmüddətli həbs və sürgünlərə ürcah olsaydılar, hökmən ürkək böyüməyə məhkum kəsilən sonrakı gəncliyin gücü ilə 20-25 il keçincə - 1980-1990-larda həmin ovqatın yeni dirçəlişi də gəlməzdi. Bu ülvi hisslərin boğulması üçün əlində o dövrdə yüksək imkan və səlahiyyətlər cəmlənən, həm də bunu yerinə yetirmək birbaşa vəzifəsi olan Heydər Əliyev tam fərqli mövqe tutdu.

Və tarixin fırlanan təkəri bir özünə bəlli olan hikmət və məntiqlə elə etdi ki, Heydər Əliyevin özü də 20-25 il sonra istiqlalçı ideyaların təzə parlayış dönəmində həmin böyük hərəkatdakılardan birinə çevrildi.

Heç kəs də dünənki bir nömrəli kommunistlərdən olan, sabiq DTK generalı Heydər Əliyevi o qafilədən olan digərləri kimi yad hesab etmədi, özününkü, yaxını kimi qəbul etdi.

Elə ən əvvəl bu Allahverdi Qurbanovun özü ki, "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin həbs olunan vur-tut 2 üzvündən biri idi və həmin hadisələrdə onillər ötəndən sonra Heydər Əliyevi minnətdarlıqla anır, Vətəndən uzaqlarda, Birləşmiş Ştatlardakı Klivlənd xəstəxanasında ürək əməliyyatı edilən o misilsiz şəxsiyyətə ürəkdən gələn, əsl saf hisslərdən doğan və heç bir təmənna güdməyən şeir həsr edirdi (Artıq Heydər Əliyevin həyatda olmadığı çağlarda - 2004-cü ilin mayında həmin şeir Biləsuvarda çıxan yerli "Məhsul" qəzetində dərc ediləcək):

                                                                                                               Rafael Hüseynov

                                                                                                                    "Xalq qəzeti"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()